Azərbaycan karateçisi Birləşmiş Ərəb Əmirliklərində ikinci olub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirində gümüş medalını qazanıb.
AZƏRTAC Azərbaycan Milli Karate Federasiyasına istinadla xəbər verir ki, 16-18 yaşlı karateçilər arasında 76 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib. Daha əvvəl U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.
Qeyd edək ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar.
Altmış yeddi ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]