Azərbaycan keramik plitələr ixrac edəcək – müəssisədə işlərin 80 faizi yekunlaşıb
Bakı, 2 fevral, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının Çin kapitallı rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələrin istehsalı müəssisəsində metal-konstruksiya və avadanlıqların quraşdırılması işləri yekunlaşmaq üzrədir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisənin investisiya dəyəri 68 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 51 milyon manatdan çox sərmayə qoyulub və işlərin 80 faizi tamamlanıb. 400-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki ölçüdə kafel-metlax istehsalı həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və s. ölkələrə ixracı da planlaşdırılır. Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə 2021-ci ilin oktyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]