CƏMİYYƏT
Azərbaycan kiberidmançısı ikinci dəfə Avropa çempionu olub


Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan kiberidmançısı Həmid Mustafayev Avstriyanın paytaxtı Vyanada “Mortal Kombat 1” oyunu üzrə keçirilmiş “Viennality 2k23” birinciliyində qalib olub.
AZƏRTAC xəbər verir ki, final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən H. Mustafayev böyük britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, “Mortal Kombat 1” oyununun rəsmi təqdimatı sentyabrın 14-də baş tutub. Azərbaycan təmsilçisi iki həftə ərzində məşq edərək qələbəyə nail olmağı bacarıb. “Cyber Athletics Azerbaijan” komandasının üzvü olan Həmid Mustafayevin qələbəsini həm canlı, həm də internet vasitəsilə izləyənlərin sayı yüz minə yaxın olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.12.2023 [20:57]
YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib
- 04.12.2023 [19:33]
Ağdaş rayon sakini qanunsuz saxladığı odlu silahları polisə təhvil verib
- 04.12.2023 [18:16]
Peşələr Festivalında 70 minə yaxın şəxs iştirak edib YENİLƏNİB
- 04.12.2023 [18:13]