Azərbaycan kuboku: “Xəzər-Lənkəran” komandası “Neftçi”ni məğlub edib
Bakı, 2 mart, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dördəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması Lənkəranda əzəli rəqiblər arasında oynanılıb. “Xəzər-Lənkəran” komandası “Neftçi”ni qəbul edib. Ölkə çempionatında işləri yaxşı getməyən “Xəzər-Lənkəran” kubok görüşündə uzun müddətli uğursuzluq seriyasını qıra bilib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda bol qollar vurulub. Sonda isə sevinən tərəf Lənkəran təmsilçisi olub.
Birinci hissənin əvvəlində “Xəzər-Lənkəran” iki dəqiqə ərzində hesabda iki dəfə irəli çıxıb. Meydan sahibi komandanın heyətində Vaquf Güləliyev 17-ci və Tural Qürbətov isə 19-cu dəqiqələrdə vurduqları qolla “Neftçi”ni məyus ediblər. Az keçməmiş təşəbbüsü artıran qonaqlar 22-ci dəqiqədə Ruslan Qurbanov və 39-cu dəqiqədə isə Fəhmin Muradbəylinin qolları ilə tarazlığı bərpa ediblər. Lənkəran təmsilçisinin qələbə topunu oyunun 52-ci dəqiqəsində İbrahim Qədirzadə vurub - 3:2. Oyunun qalan vaxtında hesab dəyişməyib.
Komandalar arasında cavab görüşü martın 9-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]