Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib
Bakı, 28 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarımfinalın növbəti cavab oyununda “Səbail” klubu “ASCO Arena”da “Qəbələ”ni qəbul edib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Qəbələ” minimal hesablı qələbə qazanıb - 1:0. Matçda yeganə qolu İsnik Alimi penaltidən vurub.
Komandalar arasında keçirilmiş ilk matçda “Qəbələ” 3:2 hesablı qələbə qazanıb. İki oyununa nəticəsinə görə, “Qəbələ” komandası tarixində beşinci dəfə finala vəsiqə qazanıb.
Finalda “Qəbələ” komandası “Neftçi” ilə qarşılaşacaq.
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]