Azərbaycan Kubokunda 1/8 finalın daha bir iştirakçısı məlum olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “İmişli” və “Cəbrayıl” komandaları qarşılaşıblar. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda reallaşan görüş nominal meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib. Mərkəzi Aran təmsilçisi 1/8 finalda “Kəpəz”ə rəqib olub.
İkinci təsnifat mərhələsinə hazırda davam edən “Qəbələ” - “Baku Sportinq” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” “Karvan”ı 3:0, “Difai” isə “Şəfa”nı 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]