Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 17 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüş Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində baş tutub. Görüşdə ölkələrimizin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yaxın zamanda birgə biznes forumun keçirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.