“AZƏRBAYCAN MİLLİ AUDİT STANDARTLARI” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Kitab iqtisad elmləri doktoru, professor Vahid Novruzovun ümumi rəhbərliyi altında nəşrə hazırlanmışdır. Toplunun tərtibçi-müəllifi Auditorlar Palatasının audit qanunvericiliyi və metodiki təminat baş departamentinin direktoru Qəşəm Bayramovdur.
Kitab təkcə auditorlar üçün deyil, həm də sahibkarlar, təsərrüfat subyektlərinin rəhbərləri, mühasiblər, iqtisadiyyat profilli ali məktəblərin müəllim, tələbə və magistrləri üçün dəyərli vəsait və etibarlı məlumat mənbəyidir.