AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI KİTABXANASININ ALMAN DİLLİ ƏDƏBİYYAT FONDU ZƏNGİNLƏŞƏCƏKDİR
Üç il müddətində layihə çərçivəsində Mərkəzi və Şərqi Avropanın, həmçinin Mərkəzi Asiyanın 22 ölkəsində seçmə 30 kitabxanaya alman dilli ədəbiyyat alınması üçün 500 min avro məbləğində vəsait verilməsi nəzərdə tutulmuşdur.
Almaniyanın xüsusi ekspert komissiyası artıq layihənin tətbiq ediləcəyi dövlətləri və onların ərazisindəki kitabxanaları müsabiqə yolu ilə müəyyən etmişdir. Müsabiqədə Mərkəzi və Şərqi Avropanın, həmçinin Mərkəzi Asiya ölkələrindən 100-ə yaxın kitabxana iştirak etmişdir. Kitabxananın yerləşdiyi ölkə və şəhərin elmi, mədəni-siyasi əhəmiyyəti və onun peşəkar xidmət göstəriciləri seçim üçün həlledici meyar olmuşdur.
Sevindirici haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanası da müsabiqənin qalibləri sırasındadır. Cənubi Qafqazdan həmin layihədə təmsil olunan ikinci ölkə isə Gürcüstandır.
AFR XİN 2006-cı ilin aprel-may aylarında Berlində layihənin həyata keçiriləcəyi kitabxanaların təmsilçilərinə maddi dəstək haqqında sertifikatlar təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]