AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI OLMUŞDUR
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək, bu elm mərkəzində qazanılan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qoşqar Qoşqarlının “Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin keçdiyi razilərdə arxeoloji abidələrin tədqiqi” mövzusunda məruzəsi dinlənilmişdir.
İclasda akademiklər Akif Hacıyev, Akif Əlizadə, AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyev və digər alimlər çıxış etmişlər.