Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Onkologiya Mərkəzi: dünəni və bu günü

Bakı, 28 iyun (AZƏRTAC). Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələsi birbaşa xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin himayədarlığı ilə inkişaf edib şöhrətlənən Azərbaycan səhiyyəsi bu gün ulu öndərin davamçısı Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində yeni inkişaf dövrünü yaşayır.

Tam inamla demək olar ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da müsbət təsir göstərmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri artıq hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təchiz olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini tam təmin etmişdir. Respublikanın dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur.

Eyni zamanda, Azərbaycanda səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Bu sahə ona görə vacibdir ki, hər il dünyada minlərlə insan xərçəng xəstəliyinin qurbanı olur. Hesablamalara görə, dünya üzrə 2000-ci ildə 10 milyon insan bu dəhşətli bəlaya düçar olmuşdur. Ekspertlər 2020-ci ildə bu göstəricinin artaraq 15 milyon nəfərə çatacağını proqnozlaşdırırlar. Azərbaycan Respublikasında hər il 7000-8500 ilkin onkoloji xəstə qeydə alınır. Ölkədə 2009-cu ildə qeydiyyatda 26 min 581 onkoloji xəstə olmuş, bunlardan 7 min 540 nəfərinə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulmuş, 5 min 187 nəfər isə bu xəstəlik­dən vəfat etmişdir.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə bu sahədə də dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunmuş, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır.

Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülmüşdür. Əgər 2006-cı ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınmışdısa, bunların sayı 2012-ci ildə 46-ya, 2013-cü ildə isə 58-ə çatdırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmışdır. Bu xəstəlikdən ölüm göstəricisinin son 11 il ərzində stabilləşməsinə nail olunmuşdur.

Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublika­nın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləş­dirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır.

Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin əməkdaşları tərəfindən hər il on­ko­loji xidmətin təkmilləşdirilməsinə dair səyyar sessiyalar ke­çi­ri­lir. Mərkəzdə respublikanın kliniki və eksperimental onkologiya, şüa diaqnostikası və şüa terapiyası ixtisasları üzrə aparıcı mütəxəssislərinin böyük əksəriyyəti cəmləşmişdir. Burada 3 akademik, 5 professor, 2 əməkdar elm xadimi olan 10 tibb elmləri doktoru və 50-dən çox tibb və biologiya elmləri namizədi çalışır.

70 il ərzində Milli Onkologiya Mərkəzində “Rentgenologiya, radiologiya və onkologiyanın aktual məsələləri” (1991 ilədək) və “Onkologiya və tibbi radiologiyanın problemləri” (1994 ilədək) adlı 20 cild elmi işlər toplusu, 10-dan artıq elmi məqalələr toplusu və elmi konfransların materialları dərc edilmişdir. 1995-ci ildən Mərkəzdə təkcə respublikada deyil, həm də Rusiya və bir sıra MDB ölkələrində yayılan “Azərbaycan onkologiya və hematologiya jurnalı” təsis edilmişdir.

Mərkəzin bazasında aspirantura, 1993-cü ildən onkologiya və şüa diaqnostikası və şüa terapiyası ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurası fəaliyyət göstərir.

Bundan əlavə, mərkəzdə klinik ordinatura vasitəsilə respublikanın praktik səhiyyəsi üçün daim ixtisaslaşmış kadr hazırlığı aparılır. Onkologiya, şüa diaqnostikası və şüa terapiyası sahələrində çalışmağı qərara almış həkimlər burada internatura kursları keçirlər. Mərkəzin mütəxəssisləri Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzi, Qafqaz ölkələri, Ukrayna, Özbəkistan və digər MDB ölkələrinin onkoloqları ilə elmi əlaqələrini davam etdirirlər. Eyni zamanda, azərbaycanlı onkoloqlar Türkiyə, İngiltərə, Almaniya, İsveçrə, ABŞ və bir sıra başqa ölkələrdən olan həmkarları ilə birgə elmi işlər aparırlar. Mərkəzin Dünya Səhiyyə Təşkilatı və xərçəng problemi ilə məşğul olan digər beynəlxalq təşkilatlarla sıx əlaqələr qurması da təqdirəlayiq haldır.

Hazırda mərkəzin ərazisində cərrahi bölmələr üçün nəzərdə tutulmuş müasir və yaraşıqlı korpus ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Yeni radiologiya və uşaq onkologiyası korpusların tikintisi də başa çatdırılmış və vətəndaşların ixtiyarına verilmişdir.

Söz yox ki, xərçəng xəstələrinin ümid yerinə çevrilmiş Milli Onkologiya Mərkəzi birdən-birə indiki müasir görkəmdə olmamışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Xalq Komissarları Soveti və Xalq Səhiyyə Komissarlığının 10 dekabr Qərarına əsasən 1940-cı ildə Bakıda Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen Radiologiya İnstitutu (ETRRİ) təşkil edilmişdir. İnstitutun yaradılması Azərbaycanda rentgen-radiologiya xidmətinin inkişafında əsaslı rol oynamaqla yanaşı, həm də onkologiyanın bir elm kimi fəaliyyətini faktiki olaraq reallaşdırmışdır. İnstitutda aparılan elmi tədqiqatların əsas istiqamətləri respublikada bədxassəli şişlərin epidemiologiyası məsələlərinin öyrənilməsi və xərçəngin effektiv kombinə olunmuş və kompleks müalicə metodlarının işlənib hazırlanması olmuşdur.

Kliniki və eksperimental onkologiya sahəsində mütəmadi aparılan elmi-tədqiqat işlərinin həddən çox artması ilə əlaqədar 1963-cü ilin iyul ayında Azərbaycan SSR Səhiyyə Nazirliyinin əmri ilə ETRRİ-nin adı dəyişdirilərək, Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutu (ETRROİ) adlandırılmışdır. 1988-ci ilin fevral ayında isə ETRROİ Respublika Onkoloji Elmi Mərkəz (ROEM) adını almışdır. Müstəqillik illərində - 1995-ci ilin oktyabr ayından isə ROEM Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) adlanır.

Bu gün Milli Onkologiya Mərkəzinə-Azərbaycanda 650 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisəsinə akademik Cəmil Əliyev rəhbərlik edir. Görkəmli ictimai xadim və alim, böyük səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində anadan olmuş Cəmil Əliyevin elmi uğurları və titulları kifayət qədərdir. Təkcə onu deyək ki, dünya şöhrətli bu alim Bakı və Moskva şəhərlərində dərc olunmuş 17 monoqrafiyanın (bunlardan biri ingilis dilində dərc olunmuşdur), tələbələr üçün vəsaitin, 10 ixtiranın, 600-ə yaxın məqalənin müəllifidir. Akademik Cəmil Əliyev öz tədqiqatlarının nəticələri haqqında müxtəlif beynəlxalq konfranslarda Özbəkistanda, Rusiyada, İngiltərədə, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Türkiyədə, Yaponiyada, ABŞ-da məruzələrlə çıxış etmişdir. Onun rəhbərliyi ilə 8 doktorluq və 40-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Bədxassəli şişlərin müalicəsində ən maraqlı və aktual mövzulardan biri şüa müalicəsidir. Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri əməkdar elm xadimi, professor, tibb elmləri doktoru İsa İsayev bu barədə deyir: “Dünyada Beynəlxalq Atom Enerjisi Agentliyi adlı təşkilat vardır. Bu agentlik dünya miqyasında ionlaşdırıcı şüaların tətbiqi ilə bağlı müəyyən tənzimləmələr aparır. Beynəlxalq Atom Enerjisi Agentliyi Milli Onkologiya Mərkəzi ilə də aktiv əməkdaşlıq edir. Müstəqilliyimizin ilk illərində, iqtisadi cəhətdən zəif vaxtlarımızda Beynəlxalq Atom Enerjisi Agentliyi şöbəmizə şüa terapiyası üçün qamma, orqan daxili şüalanma aparmaq üçün braxiterapiya aparatlarının alınmasında yardımçı olmuşdur. Hazırda akademik Cəmil Əliyevin rəhbərliyi altında ölkədə “Xərçəng xəstəliyinə qarşı milli mübarizə proqramı” hazırlanır və proqramın hazırlanmasında agentliyin təcrübəsindən geniş istifadə edilir. 2012-2017-ci illər üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycanla əməkdaşlıq proqramı vardır. Bu, nəinki səhiyyə, eyni zamanda, kənd təsərrüfatı, fövqəladə hallar və bir çox digər sahələri əhatə edir. Bundan başqa, 2003-cü ildə Azərbaycan hökuməti ilə bu agentlik arasında şüa terapiyasının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müqavilə bağlanmışdır. 2006-cı ildə Azərbaycan Prezidenti “Onkoloji xidmət haqqında” Fərman imzalamışdır. 2008-ci ildə isə Səhiyyə Nazirliyi “Xərçəng əleyhinə milli proqram” qəbul etmişdir.

Professor bildirmişdir ki, onkoloji xəstələrin müalicəsində radioterapiyanın rolu ilbəil artmaqdadır. Hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə şüa müalicəsi onkoloji xəstələrin 70 faizində, hətta bir sıra hallarda 80 faizində ya müstəqil şəkildə, ya da digər müalicə metodları, o cümlədən cərrahiyyə, dərman müalicəsi ilə birlikdə müxtəlif ardıcıllıqla istifadə edilir. Müasir radiasion onkologiya getdikcə yüksək templə inkişaf edir. Odur ki, bədxassəli şişlərin müalicəsində radioterapiyanın rolunun daha da yüksələcəyi şübhə doğurmur.

Radioterapiyanın əsas vacib prinsiplərindən biri patoloji proses ətrafındakı normal toxumaları minimum şüalandırmaqla şiş toxumasına maksimum ionlaşdırıcı radiasiya enerjisini çatdırmaqdır.

Radiasion onkologiyanın son illərdə inkişafının əsas səbəblərindən biri texniki vasitələrin təkmilləşdirilməsi, şüa müalicəsi aparan yeni aparatların yaradılmasıdır. Şişlərin şüalandırılmasının 3 ölçülü (3D) planlaşdırma sisteminin hazırlanması, şüa dəstəsinin intensivliyinin modulyasiyası, radioterapiya vaxtı şüalanma sahələrinin vizualizasiyası, xəstələrin immobilizasiya sisteminin yaradılması radioterapiyanın komformal formada həyata keçirilməsinə şərait yaratmışdır. Şüalanmanın 3D rejimində aparılması ətraf normal toxumaların şüalanmasını xeyli azaltmış, patoloji prosesdə şüalanma dozasını yüksəltməyə imkan vermişdir. Bu isə öz növbəsində müalicənin effektivliyinin yüksəlməsinə, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur.

Bədxassəli şişlərin müəyyən lokalizasiyalarında ən dəqiq şüalanma aparmaq üçün xüsusi stereotaktik radiocərrahiyyə aparatları yaradılmışdır. Eyni zamanda stereotaktik radioterapiya aparılması üçün xətti sürətləndiricilər təkmilləşdirilmişdir.

Son illərdə radionuklid terapiyanın intensiv inkişafı bir çox onkoloji xəstəliklərin müalicəsinin nəticələrinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Bu metodda radiofarmpreparatlar xəstənin orqanizminə yeridilir. Həmin preparat patoloji ocağa yığılır və ancaq həmin ocağı şüalandırır. Bu metodun üstünlüyü ondan ibarətdir ki, o selektiv təsir etməklə ancaq vizualizasiya olunan şişi və mikrometastazları şüalandırır. Ətraf orqan və toxumalar isə minimum təsirə məruz qalır. Müasir klinikalarda, o cümlədən, Milli Onkologiya Mərkəzində qalxanvari vəzin xərçəngində bu metoddan geniş istifadə edilir. Braxiterapiyada müasir rəqəmsal texnikanın tətbiqi ətraf normal toxuma və orqanlarda şüalanma dozasını xeyli azaltmağa, hədəfdə cəmi dozanı artırmağa və nəticədə müalicənin effektini yüksəltməyə, reaksiya və fəsadları isə azaltmağa şərait yaratmışdır. Baş-boyun nahiyəsi, ginekoloji, prostat, süd vəzi və digər orqanların şişlərində bu metoddan istifadə dairəsi xeyli genişlənmişdir. Cərrahi əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra radioterapiyanın aparılması bədxassəli şişlərin müəyyən lokalizasiyalarında müalicənin effektinin yüksəlməsinə səbəb olmuşdur.

Professor onu vurğulamışdır ki, Azərbaycan Milli Onkologiya Mərkəzində mövcud olan şüa müalicəsi aparatları dünyanın ən müasir aparatlarıdır. Mərkəzi öz təchizatına görə Avropa və Amerikanın qabaqcıl klinikalarından biri hesab edilir. Bütün bu inkişaf Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin əməyi sayəsində mümkün olmuşdur. Akademik Cəmil Əliyevin ən böyük nailiyyətlərindən biri də aparatların alınması ilə yanaşı, həm də milli kadr hazırlığını həyata keçirməsidir. Mərkəzdə tibbi fizika şöbəsi yaradılmışdır. Burada yerli mütəxəssislər fəaliyyət göstərir. Demək olar ki, xaricdən mütəxəssis çağırılmasına ehtiyac yoxdur. Öz kadrlarımız problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Qeyd etmək lazımdır ki, müasir radioterapevtik aparatlar mürəkkəb kompüter şəbəkəsi ilə təchiz edilmişdir. Mərkəzdə ABŞ-da istehsal olunmuş 4 xətti sürətləndirici, 1 kobalt, 1 aşağı enerjili rentgenterapiya və ABŞ-da istehsal olunmuş 1 qammamed-braxiterapiya aparatı vardır. Sonuncu aparat orqandaxili, toxumadaxili şüalanmanı aparmaq üçündür. Şöbədə il ərzində 2 min pasiyent şüa müalicəsi alır.

Şüa müalicəsi şöbəsində 15-dən çox həkim işləyir ki, onlardan 12-si elmlər namizədidir. Əksəriyyəti ingilis dilində bilir. Müasir texnikalarla işləmək üçün Avropa və ABŞ-da təkmilləşmə zəruridir ki, həkim və fiziklərimiz bu ölkələrdə uzunmüddətli kurslar keçmişlər. Hazırda aparatların yenilənməsi, yenidən qurulması, təzə aparatın alınıb gətirilməsi prosesi davam edir.

Professorun sözlərinə görə, şüa müalicəsi təkcə paytaxt Bakıda deyil, həmçinin Naxçıvan və Gəncədə də şüa müalicəsi aparatları mövcuddur. Bu aparatlarda şüalanmanı düzgün aparmaq üçün stimulyatorlar da qurulmuşdur.

Bu gün Milli Onkologiya Mərkəzinin əməkdaşları beynəlxalq konfranslarda mütəmadi məruzələrlə çıxış edirlər. Bununla yanaşı, Milli Onkologiya Mərkəzi beynəlxalq forumların ölkəmizdə keçirilməsinə xüsusi önəm verir. Bu günlərdə ABŞ, Türkiyə, Belçika, Macarıstan və bir çox ölkələrin onkologiya üzrə tanınmış mütəxəssislərinin iştirakı ilə Bakıda “Radiasion onkologiyanın müasir vəziyyəti və perspektivləri” mövzusunda keçirilən ikigünlük konfrans bunun əyani sübutudur. Konfransa qatılan qonaqlar Milli Onkologiya Mərkəzinin yeni cərrahiyyə korpusunda xəstələrə yüksək tibbi xidmət göstərildiyinə, Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkən vətəndaşların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün tam hüquqi zəmin yaradıldığına şahid olmuşlar. Xarici mütəxəssislər Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığını bildirmişlər.

Konfransda N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin professoru Adolf Vaynsonun “Klinik radiobiologiya və radiasion onkologiya-inkişaf tendensiyalar” mövzusunda məruzəsi dinlənilmişdir. Çikaqo Universitetinin Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşı Bülent Aydoğan isə radiasion onkologiyada tibbi fizikanın roluna dair məruzə etmişdir. Belçikalı alimlər Steven Cuypers və Orfit İndustries isə şüa terapiyası üçün yeni immobilizasiya avadanlıqları barədə məruzələrlə çıxış etmişlər. Türkiyənin İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin professoru Çetin Önselin “Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan metodlar-onların effektivliyi və inkişaf perspektivləri”, professor İsa İsayevin “Azərbaycanda şüa terapiyası-müasir vəziyyəti və inkişaf perspektivləri” mövzularında məruzələri maraqla qarşılanmışdır.

Gələcəkdə isə regionlarda yeni şüa terapiya mərkəzlərinin yaradılması, bu sahə üzrə kadr hazırlığı, beynəlxalq səhiyyə təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb