Azərbaycan millisinin sabiq futbolçusu “Əfsanələr Kuboku”nda oynayacaq
Bakı, 23 yanvar, AZƏRTAC
Bu ilin fevral ayında Rusiyanın paytaxtı Moskva şəhərində “Əfsanələr Kuboku” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə dünya yığması, “Spartak”, MOİK, “Lokomotiv”, “Dinamo” və “Zenit”in sabiq futbolçularından ibarət komandalar mübarizə aparacaqlar.
“Lokomotiv” klubunun heyətində millimizin sabiq üzvü Narvik Sirxayev, “Spartak”da isə Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov meydana çıxacaq.
Dünya yığmasında isə Rikardu Kuarejma, Uilyam Qalas, Floren Maluda, Georgios Karaqunis, Nunu Qomeş, Pedro Mendeş, Duqlas Maykon, Aleksandr Qleb, Emanuel Ebue, Hasan Kabze və Sebastyan Frey kimi ulduz futbolçular yer alacaqlar.
Ənənəvi turnir fevralın 10-11-də təşkil olunacaq.
Qeyd edək ki, Narvik Sirxayev 1997-1999-cu illər ərzində Azərbaycan millisində 17 oyun keçirib, 1 qol vurub. O, ölkəmizdə “Olimpik” komandasının da formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]