Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb
Bakı, 9 dekabr, AZƏRTAC
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində "A" qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz ilk oyununu səfərdə martın 24-də Portuqaliya yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Qətər komandasının qonağı olacaqlar. Martın 30-da Azərbaycan - Serbiya, sentyabrın 1-də Lüksemburq - Azərbaycan, üç gün sonra İrlandiya - Azərbaycan, ayın 7-də Azərbaycan - Portuqaliya matçları təşkil olunacaq. Millimiz oktyabrın 9-da İrlandiya seçməsini qəbul edəcək. Üç gün sonra Serbiya millisinin qonağı olacaq baş məşqçi Canni De Byazinin yetirmələri noyabrın 11-də Lüksemburq, 14-də isə Qətər ilə yerli azarkeşlər qarşısında mübarizə aparacaqlar.
Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]