Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan millisinin üzvü: Hər zaman Modriç kimi futbolçu olmaq istəmişəm - MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü: Hər zaman Modriç kimi futbolçu olmaq istəmişəm - MÜSAHİBƏ

Bakı, 24 yanvar, AZƏRTAC

“Qadın idmançılar” rubrikasının ilk qonağı Azərbaycan millisinin və “Neftçi” komandasının futbolçusu Aysun Seydiyevadır. Yarımmüdafiəçi AZƏRTAC-a müsahibəsində futbola gəlişi, hazırkı karyerası və gələcək planları barədə danışıb.

- Futbolçu olmaq istəyiniz necə yarandı?

- Qardaşımın məhəllədəki oyunlarına baxırdım. Mənə çox maraqlı gəlirdi. Evdə corabdan top düzəldib oynayırdıq. Həm də qardaşımla birlikdə yerli və xarici çempionatlarda keçirilən oyunlara baxırdıq.

- İlk klubunuz hansı olub?

- "Neftçi"nin oğlanlardan ibarət U-10 komandası.

- Oğlanlarla oynamaq sizə hansı çətinliklər yaradırdı?

- Oğlanlar fiziki cəhətdən daha güclü olurlar. Həm də onlar meydanda daha tez qərar verməyi bacarırlar. Əslində oğlanlarla oynamaq qızlara qarşı mübarizə aparmaqdan daha rahatdır. Çünki onlardan daha çox şey öyrənirsən. Oğlanlarla məşq etdiyimə görə artıq buna öyrəşmişdim. Belə demək olarsa, eyni səviyyədə çıxış edirdim. AFFA oğlanlarla birlikdə çempionatda oynamağa icazə verməsə də, məşqçim Adil müəllim federasiya ilə bu barədə danışdı və mənim meydana çıxmağıma şərait yaradıldı.

- Ailənizdə futbolu seçməyinizi ən çox kim dəstəklədi?

- İlk dəstəyi heç kimdən almamışam. Mən 14 il əvvəl futbola başlamışam və o zaman hər şey fərqli idi. İnsanlar mentalitetə uyğun hərəkət edirdilər. Milli komandaya cəlb olunduqdan sonra isə anam və qardaşım hər zaman yanımda oldu.

- Hazırda Azərbaycanda qadın futboluna münasibət necədir?

- Əvvəllər futbolçu qız tapmaq çətin idi. İndi isə qadın komandaların sayı artıb, qızlarda futbola maraq yaranıb. Aşağı yaş qruplarına nəzər saldıqda görərik ki, gələcəkdə çoxlu qadın futbolçu görə bilərik.

- Sizin dövrünüzdə oynayan qadın futbolçulardan bəziləri sonadək karyeralarını davam etdirmədilər. Məsələn, "Sabah"ın üzvü Namiq Ələsgərovun həyat yoldaşı Nigar Cəlili buna nümunə çəkmək olar. Belə görünür ki, qadın futbolçulara ailə həyatı qurmaq karyeraların qarşısına sədd çəkir...

- Bəli, bir çoxları futbol oynamaqdan uzaqlaşdılar. Nigarın öz seçimi oldu. Əminə Heydərova var idi. İndi AFFA-da işləyir. Onlar öz qərarları ilə bu addımı atdılar. İndi həmin qızlardan məşqçi kimi fəaliyyət göstərənləri də var.

- Legioner həyatı yaşamısınız. Azərbaycandakı qadın futbolu ilə Avropa ölkələri arasında nə kimi fərqlər var?

- Ən böyük fərq maddi məsələlərlə bağlıdır. Türkiyədəki klublar kişi komandalarındakı kimi rəsmi müqavilə bağlayır. Əvvəlcə menecer danışır və daha sonra razılıq əldə olunur. Azərbaycanda isə belə qayda yoxdur.

- Futbolçu olandan sonra hansı problemlərlə üzləşdiniz ?

- Ən böyük problem qadın futbolunun maddi cəhətdən ön planda olmamasıdır. Başqa böyük çətinliklə üzləşməmişəm. Kənardan insanların fikirlərinə də heç vaxt əhəmiyyət verməmişəm.

- Başqa hansısa idmanla məşğul olmusunuz?

- Doqquz yaşım olanda yüngül atletika ilə məşğul olmuşam. Sonra basketbolla maraqlanmağa başladım. Alınmayacağını hiss etdim. Evdəkilər futbol oynamağıma icazə vermədikləri üçün basketbol adı ilə futbol məşqlərinə gedirdim (gülür).

- Futbolçu olmasaydınız, hansı sahə ilə məşğul olardınız?

- Yəqin ki, basketbolla məşğul olardım. Çünki bu idman növünü futbola daha yaxın hiss edirəm (gülür).

- Futbolçu olmağınız təhsilinizə mane oldumu?

- Hər ikisini bir arada idarə etmək çox çətin idi. Məktəbdə 7-ci sinfə kimi çox yaxşı oxumuşam. Məqsədim jurnalistika fakültəsinə daxil olmaq idi. Təəssüf ki, məşqlər və milli komanda ilə 2010-cu il dünya çempionatına hazırlaşmağımız arzularımın üstündən xətt çəkdi. Hər gün iki məşq edirdik. Buna görə də universitetə sənəd verməyi dayandırdım.

- Kumiriniz olan futbolçu varmı?

- Qadınlarda ABŞ millisinin üzvü Aleks Morqanı bəyənirəm. Kişilərdə isə Xavi, İniesta, Modriç və Pirlo sevimli oyunçularım olub. Hər zaman istəmişəm ki, Modriç kimi futbolçu olum (gülür).

- Bəs Azərbaycanda hansı futbolçunu bəyənirsiniz?

- Azərbaycanlı futbolçular arasında kumirim isə Amin Seydiyevdir (gülür).

- Hansı məşhur komandada çıxış etmək istərdiniz?

- "Barselona"da oynamaq istəyərəm. Xəyal olaraq uzaq olsa da, lakin yaxşı menecer olsa, arzularımı reallaşdıra bilərəm. Yadımdadır, Nigar, qapıçımız Aytac və mən 16 yaşımızda İspaniyaya getmişdik. Lakin yaş məsələsinə görə yalnız Nigar bir il - orada "Kanilas" klubunda çıxış etdi. Biz isə geri qayıtdıq.

- Artıq bir neçə ildir ki, Azərbaycan millisinin və “Sabah” klubunun müdafiəçisi Amin Seydiyevlə evlisiniz. Maraqlıdır, Aminlə tanışlığınız necə yaranıb?

- Biz Aminlə bir-birimizi uzun müddətdir tanıyırdıq. Hər zaman milli komandaya dəstək olmaq üçün onun oyunlarına da baxmağa gedirdim. Mən Türkiyədə olanda onunla danışdıq və razılaşdıq. Dörd ildir evliyik. Hər şey çox gözəldir.

- Ailə həyatı qurduqdan sonra hansısa qadağalarla üzləşdiniz?

- Amin mənə heç bir qadağa qoymur. Hər zaman dəstək olur. Çox xoşbəxtəm ki, onun kimi insanla ailə həyatı qurmuşam.

- İdmançı ailəsində olmaq çətindir. Çünki cütlüklərin bir-birlərinə ayıracaq zamanı az olur. Sizdə bu baxımından hər hansı problem varmı?

- Bəli, çətinliklər olur. Məsələn, Amin bu ay "Sabah" klubu ilə Antalyaya təlim-məşq toplanışı getmişdi. Bəzən mən millinin düşərgəsində oluram. Ancaq maraqlıdır. Çünki bir-birimizdən ötrü daha çox darıxırıq.

- Səhv etmirəmsə, ailə məsələsinə görə ölkə xaricinə yollanmadınız. Gələcək illərdə legioner həyatı yaşamağı düşünürsünüz?

- Bəli, düz qeyd etdiniz. Ailə məsələsinə görə Avropaya yollanmaq çətindir. Əgər Amin xarici klublardan birinə keçsə, həmin komandada qız futbolu olarsa, gedərəm. Amma hazırkı vəziyyətdə alınmır. Çünki övladımız balacadır və ona zaman ayırmalıyam.

- Sizin jurnalistika sahəsində işləmək marağınızın olduğunu bilirəm. Gələcəkdə buna uyğun planınız var?

- Bu barədə düşünmüşəm. Ancaq hazırkı vəziyyətdə fikrimi ailəmə və “Neftçi”dəki işlərimə yönəltmişəm. Əgər mövsümün sonuna kimi dəyişiklik olmasa, fərqli qərar verə bilərəm.

- Hazırda “Neftçi”də çıxış edirsiniz. Bu komandadakı işləriniz necə gedir? Hədəfləriniz nədir?

- Hazırda Azərbaycanda qadın futboluna ən çox dəstək olan "Neftçi" klubudur. Bu komandada hər şey peşəkar səviyyədə qurulub. Hədəf çempion olmaq və növbəti ildə Çempionlar Liqasında iştirak etməkdir.

- Sizcə, kişi futbolunda ölkənin ən yaxşı cinah müdafiəçisi kimdir?

- Amin Seydiyevi deyərdim. Düzünü demək lazımdır, o, öz mövqeyinin ən yaxşısıdır (gülür).

- Meydanda Amin Seydiyevlə rəqib olsanız, ona qarşı necə mübarizə apararsınız?

- Amin meydanda imkan verər ki, onu keçim? O, fiziki cəhətdən daha güclüdür. Ancaq ona qarşı yaxşı mübarizə apararam.

- Milli komanda UEFA Millətlər Liqasında tarixi nəticə qazandı. Bu uğuru necə şərh edərdiniz?

- Ötən il bizim milli komanda üçün çox uğurlu keçdi. Çoxlu qələbələr qazandıq, Millətlər Liqasında B Divizionuna yüksəldik. Düşünürəm ki, bunun da səbəbi qızların Avropa klublarında çıxış etməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb