AZƏRBAYCAN-MOLDOVA SƏNƏDLƏRİNİN İMZALANMASI
Azərbaycan Prezidenti İlham Əliyev və Moldova Prezidenti Vladimir Voronin Azərbaycan Respublikası və Moldova Respublikası arasında Birgə Bəyannamə imzaladılar.
Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Moldova tərəfindən əmək və əhalinin sosial müdafiəsi naziri Valerian Revenko imzaladılar.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Moldova Respublikasının Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasov, Moldova tərəfindən Baş nazirin müavini, kənd təsərrüfatı və qida sənayesi naziri Dumitru Todoroqlo, Azərbaycan Respublikasının hökuməti və Moldova Respublikasının hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Moldova tərəfindən iqtisadiyyat naziri Marian Lupu imzaladılar.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Moldova Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov, Moldova tərəfindən ədliyyə naziri xanım Viktoriya İftodi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında 2005-2006-cı illər üçün məsləhətləşmələr planını və Azərbaycan hökuməti və Moldova hökuməti arasında vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Moldova tərəfindən xarici işlər naziri Andrey Stratan imzaladılar.
Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov və Moldova Baş nazirinin müavini, kənd təsərrüfatı və qida sənayesi naziri Dumitru Todoroqlo Azərbaycan Respubilkası hökuməti və Moldova Respublikası hökuməti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında sazişi, Azərbaycan Respublikası və Moldova Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqaviləni Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov, Moldova tərəfindən ədliyyə naziri xanım Viktoriya İftodi imzaladılar.