Azərbaycan müstəqilliyini şəhidlərin qanı bahasına əldə edib
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Əvvəlcə xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əldə etdiyini vurğulayıb. Akademik bildirib ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli qürurunu qıra bilməyib.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]