Azərbaycan mütəxəssisləri Rusiyada həmkarları ilə təcrübə mübadiləsi aparıblar
Bakı, 13 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar laboratoriyasının mütəxəssislərinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində azərbaycanlı mütəxəssislər entomologiya və virusologiya laboratoriyalarında aparılan müayinə prosesləri ilə tanış olub, entomologiya laboratoriyasında zərərverici həşərat və gənələrin aşkarlanması, identifikasiyası üsullarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Təcrübə səfəri zamanı həşəratların molekulyar səviyyədə real vaxt rejimində PZR metodu əsasında təyini üçün identifikasiya prosesi həyata keçirilib və karantin zərərvericilərinin siyahısına daxil edilmiş bitki zərərvericiləri üçün diaqnostik protokolların hazırlanması ilə əlaqədar təkliflər müzakirə olunub.
Azərbaycan mütəxəssisləri rusiyalı həmkarları ilə birgə xüsusi karantin əhəmiyyətli fitopatogen virus xəstəlikləri ilə mübarizə və laboratoriyada aparılan diaqnostik metodlara dair müzakirələr aparıb, həmçinin virusologiya laboratoriyasında seroloji və molekulyar metod ilə həyata keçirilən virusoloji müayinələrdə iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]