AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İSVEÇRƏ FORUMUNDA ÇIXIŞ ETMİŞDİR
İsveçrədə keçirilən beynəlxalq “Krans Montano” forumunda Azərbaycan nümayəndə heyətinin başçısı, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev ölkəmizdəki ictimai-siyasi vəziyyətə dair məruzə ilə çıxış edərək, respublikamızda uğurla aparılan iqtisadi siyasətdən, onun turizm potensialından danışmışdır.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, forumda bir sıra ölkələrin turizmə məsul olan dövlət qurumlarının başçıları ilə danışıqlar aparılmışdır.