Azərbaycan ordusu bayrağımızı Qarabağın ən uca nöqtəsində dalğalandıracaq gücdədir
Şanxay, 8 aprel, AZƏRTAC
Cəbhə xəttində son günlər gedən döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət düşmənə yaxşı dərs oldu. Məhz ona görə də erməni əsgərləri təşviş içərisində qaçmağa yer axtarırdılar.
Bu sözləri Şanxay Pedaqoji Universitetinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Ermənistan silahlı qüvvələrinin təmas xəttində son günlər törətdiyi təxribat nəticəsində yaranmış gərginliklə əlaqədar deyib.
Həmvətənimiz bildirib ki, Çində, o cümlədən Şanxayda yaşayan və təhsil alan azərbaycanlılar Vətənimizdə baş verən hadisələri böyük həyəcanla izləyirlər: “İlk növbə torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyirik. Azərbaycan xalqı 20 ildən artıqdır ki, öz tarixi torpaqlarının həsrətini çəkir, bir milyondan artıq məcburi köçkün öz elinə-obasına dönəcəyi günü gözləyir. Amma təəssüflər olsun ki, erməni separatçıları beynəlxalq hüququ pozmağa, dünya birliyi isə buna göz yummağa davam edir. Yəqin ki, düşmən Azərbaycan ordusunun son əməliyyatlardan qazandığı uğurlardan nəticə çıxaracaq. Azərbaycan ordusu bayrağımızı Qarabağın ən uca nöqtəsində dalğalandıracaq gücdədir, buna hər bir azərbaycanlı inanır.
Son hadisələr göstərdi ki, bu, təkcə silah müharibəsi deyil, həm də söz-informasiya müharibəsidir. Çində təhsil alan tələbələrimiz də Azərbaycan həqiqətlərinin lazımi şəkildə yerli ictimaiyyətə çatdırılmasında fəal iştirak edirlər”.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]