Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir

Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir

Bakı, 4 avqust, AZƏRTAC

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması, bir əsgərimizin şəhid olmasından sonra qalib Azərbaycan Ordusu qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirdi. Qanunsuz erməni silahlı dəstələri tərəfindən yaradılan bu gərginlik bu gün dünyada geniş müzakirə mövzusuna çevrilib. Dünya gücləri yaranan bu gərginlikdən narahatlıqlarını ifadə edirlər. Narahatlıq başa düşülən olsa da, bəzi məsələlərə aydınlıq gətirilməsi vacibdir. Belə ki, Azərbaycan tərəfi iki ilə yaxındır ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmədiyini bildirsə də bəzi dünya gücləri ənənələrinə uyğun olaraq susmağa üstünlük verirlər. Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistan bunu atdığı hər addımında qabarıq şəkildə büruzə verir. 3 avqust təxribatı da bunun bariz nümunəsidir. Azərbaycan 30 ilə yaxın işğal dövründə işğalçı dövlətin belə gedişlərinin mütəmadi şahidi olub. Danışıqlar prosesinin vaxtı yaxınlaşanda Ermənistan ya müxtəlif bəhanələrlə yayınır, ya da cəbhə xəttində atəşkəsi pozaraq uzun müddət bu məsələnin müzakirə olunmasına çalışırdı. Təbii ki, bu hal danışıqların təxirə salınmasına yol açırdı ki, bu da öz növbəsində Ermənistana yeni müharibə planları hazırlamasına vaxt qazandırırdı. Bu gün də eyni oxşar ab-hava yaşanmaqdadar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsi müzakirə olunur və Ermənistandan sülh müqaviləsinin imzalanması üçün konkret addım gözlənilir. İşğalçı dövlət bunun qarşılığında təxribatlar törətməklə diqqəti yayındırmağa çalışır. Diqqət çəkən məqamlardan biri də budur ki, ermənilər yenə də saxta informasiyalar yaymaqla həqiqəti gizlətməyə və dünyanın diqqətini özlərinə çəkməyə cəhd edirlər. Azərbaycan tərəfini guya üçtərəfli Bəyanatı pozmaqda ittiham edən Ermənistan Xarici İşlər Nazirliyinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, qanunsuz erməni silahlı qüvvələrinin indiyədək Qarabağdan tamamilə çıxarılmaması onların mütəmadi olaraq terror əməlləri törətmələrinə, günahsız insan tələfatına səbəb olur. Ermənistan tərəfinin törətdiyi təxribatlarını ört-basdır edərək Azərbaycanı öhdəlikləri pozmaqda ittiham etməsi riyakarlıqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı antiterror əməliyyatıdır. Postmünaqişə dövrünün əsas çağırışlarından biri dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır ki, Azərbaycanın atdığı hər bir addımının əsasında bu məqsəd dayanır.

“Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısı təbii ki, qətiyyətlə alınacaq. Avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı törədilən terror-təxribat əməli nəticəsində Azərbaycan əsgəri Anar Kazımov şəhid olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən Vətən oğullarının qanı, canı bahasına bu Qələbənin əldə edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, onların qisası döyüş meydanında alındı. Avqustun 3-də həyata keçirilən “Qisas” əməliyyatı da bunun təsdiqidir. İşğalçı dövlət 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi tez unutmağa çalışsa da Azərbaycan Ordusu onların hər bir təxribatının qarşısını qətiyyətlə almaqla bu dərsi onlara unutdurmur. Üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür əməliyyatlar təkrarlana bilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini bir daha yada salmaq istərdik: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”,- deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

“Ermənilər zaman-zaman öz himayədarlarının dəstəyi ilə törətdikləri təxribatlara haqq qazandırmaq üçün Azərbaycan tərəfini ittiham etməklə məşğul olublar”, - söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, işğalçı dövlət gələcəyə deyil, keçmişə baxdığı üçün elə düşünür ki, istər Azərbaycan, istərsə də dünya 30 illik işğal dövrünün Azərbaycanı, həmçinin dünyasıdır. Xeyr! Dünya dəyişir, dünya siyasətində dəyişikliklər baş verir. Artıq haqqın, ədalətin kimin tərəfində olduğunu Azərbaycanın gücü, həyata keçirdiyi siyasət nəticəsində əksər dünya gücləri qəbul edib və fəaliyyətlərini bu istiqamətdə qurublar. Dünyanın əksər gücləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu atdıqları addımları ilə təsdiqləyirlər. Ermənistana havadarlıq edən bəzi qüvvələr öz yardımçı funksiyalarını gizli şəkildə həyata keçirməklə nəyəsə nail olacaqlarını düşünsələr də Azərbaycanın qalib, diktə edən tərəf olduğunu unutmamalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ədalətin, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut edən, həmçinin müharibənin getdiyi günlərdə ermənilərin cəbhə xəttinə yaxın olan ərazilərimizdə törətdiyi terror aktlarını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdıran, düşmən tərəfin feyk xəbərlərini ifşa edən Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı deyil. Elə o zaman da, bu gün də ermənilərin törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb. Azərbaycanın öz ərazisində belə cəhdlərin qarşısını alması suveren hüququdur.

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına yönəldərək bildirib ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. “Avqustun 3-də Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Bir mühüm məqamı bir daha qeyd etmək istərdik ki, Ermənistanın kapitulyasiyasının təsdiqi olan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirməməsi onun işğal dövründə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymamasının davamıdır. Bu baxımdan ki, həmin qətnamələrdə də keçmiş Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu önə çəkilərək bəyan edilirdi ki, erməni silahlı birləşmələri bu torpaqları qeyd-şərtsiz tərk etməlidirlər. Amma göründüyü kimi, Ermənistan qanunsuz silahlı dəstələrini tam şəkildə ərazilərimizdən çıxarmaq istəmir. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Əvvəldə də qeyd etdiyimiz kimi, dünya gücləri, o cümlədən ABŞ tərəfindən verilən açıqlamalarda Qarabağ ətrafında intensiv döyüşlərdən, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirildiyi qeyd edilir. ABŞ Dövlət Departamentinin bəyanatında gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırış edilir. Göründüyü kimi, münaqişənin həllindən söhbət getmir. Çünki Azərbaycan özü münaqişəni həll edib. Ona görə də Ermənistan öhdəliklərini yerinə yetirməli, Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin onun üçün son şans olması barədə ciddi düşünməlidir. Unutmamalıdır ki, bu təkliflər sona qədər masada qalmayacaq. Dəmir yumruq yerindədir!”, - deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb