AZƏRBAYCAN ÖZ KARBOHİDROGEN XAMMALININ NƏQLİNDƏ ÇOXVEKTORLUĞA TƏRƏFDARDIR
Səfir Y.Klyuçkovski demişdir ki, Polşanın Odessa-Brodı-Qdansk neft kəmərinin işləməsində marağı vardır. Polşanın bunu istəməsinin əsas səbəbi təkcə özünün deyil, həm də bütün Qərbi Avropanın energetika təhlükəsizliyi ilə bağlıdır.
A.Turqanbekov isə bildirmişdir ki, onun ölkəsinin firmalarının da əməkdaşlıqda marağı vardır və Odessa-Bordıya Qazaxıstan neftinin ixracı marşrutlarından biri kimi baxılır.
S.Temirov demişdir ki, XXI əsrin ən iri layihəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri gələn ilin əvvəllərində işə salındıqdan sonra ölkəmizin Xəzər neftini Aralıq dənizi sahilinə göndərmək imkanı olacaqdır. Biz enerji ehtiyatlarımızın nəqli üçün digər imkanları da diqqətlə nəzərdən keçiririk. Azərbaycan öz karbohidrogen xammalının nəqlində çoxvektorluğa tərəfdardır. Bu və ya digər neft kəmərindən istifadə olunmasını iqtisadi məqsədəuyğunluq müəyyən etməlidir. Odur ki, nefti çıxaran, nəql və emal edən şirkətlərin mənafeləri ön sıraya keçir.