Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan parlamenti ilə Rusiya Dövlət Duması arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənəd parlamentin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı imzalanıb.

Əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Dövlət Dumasının sədri nümayəndə heyətimizin bu səfərinin əhəmiyyətini qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib. Deyib ki, ikitərəfli gündəlikdə kifayət qədər məsələ yer alıb. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Vyaçeslav Volodin münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, parlamentlərimiz də prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin edilməsinə öz töhfəsini verə bilər.

Vyaçeslav Volodin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu mənada, parlament komitələri arasında əməkdaşlıq önəm daşıyır, o cümlədən müxtəlif sahələr üzrə komitələrin imkanlarından istifadə edilməlidir. Milli Məclisin həm Dövlət Duması, həm də Federal Şura ilə münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən Vyaçeslav Volodin deyib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.

Söhbət zamanı Dövlət Dumasının sədri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Parlamentin sədri Azərbaycanla Rusiya arasında münasibətlərin mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslandığını söyləyib. O, Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalandığını qeyd edərək bildirib ki, ölkələrimiz arasında münasibətlər dövlət başçıları tərəfindən yaradılmış möhkəm bazaya əsaslanır.

Ölkələrimiz arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini bildirən Sahibə Qafarova iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda ötən il qeydə alınan göstəricilərin uğurlu olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova deyib ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlıqda mühüm istiqaməti təşkil edir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Fondun dəstəyi ilə keçirilən tədbirlər barədə məlumat verib. O xatırladıb ki, 2019-cu ilin noyabrında Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya regionlararası forumunun 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Həmçinin Fondun dəstəyi və Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ötən il fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilib. O, belə tədbirlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri parlamentlərarası əlaqələrdir. O, Dövlət Duması sədrinin 2022-ci ildə ölkəmizə səfərini xatırladaraq, bu cür səfərlərin münasibətlərimizə töhfə verdiyini bildirib. Milli Məclisin sədri parlament komitələri arasında əməkdaşlıq, təcrübə mübadiləsi məsələlərinin əhəmiyyətini qeyd edib.

Görüşdə 2020-ci ildə Azərbaycanın öz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyduğunu xatırladan Milli Məclisin sədri deyib ki, ərazilərimiz azad edildikdən dərhal sonra Azərbaycan öz hesabına genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal zamanı dağıdılmış bütün infrastruktur bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni qəsəbə və kəndlər salınır. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması prosesi başlayıb. Bununla belə, Milli Məclisin sədri mina probleminin hələ də qaldığını bildirib. O qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərimizə bir milyondan çox mina basdırıb. Müharibə başa çatandan sonra da Ermənistan tərəfi Laçın yolundan mina, hərbi sursat və təbii sərvətlərin qeyri-qanuni daşınması üçün istifadə edib. Müharibədən sonra mina partlaması nəticəsində 280-dən çox Azərbaycan vətəndaşı ya həlak olub, ya da ağır yaralanıb.

Azərbaycanın regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdıran Sahibə Qafarova qeyd edib ki, ölkəmiz Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur.

Milli Məclisin sədri bir daha vurğulayıb ki, Ermənistan Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, torpaqlarımızda yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, humanitar böhran vəziyyətinin yaranması ilə bağlı uydurma iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolu boyunca hər gün çoxlu nəqliyyat vasitələrinin - sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım avtomobillərinin hərəkəti erməni tərəfinin iddialarının yalan olduğunu göstərir. Ermənistan beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə manipulyasiya ilə məşğuldur. S.Qafarova bir daha vurğulayıb ki, Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Milli Məclisin sədri, həmçinin İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, diplomatik korpusun bir əməkdaşının həlak olması və iki əməkdaşının yaralanması haqqında da məlumat verib. O deyib ki, Azərbaycan bu terror hücumunun ədalətli araşdırılmasını və günahkarlarının layiqli şəkildə cəzalandırılmasını tələb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL