Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Polisi: Anda sədaqət nümunəsi

Azərbaycan Polisi: Anda sədaqət nümunəsi

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan polisinin bir əsri geridə qoyan fəaliyyət salnaməsi dövlətin və xalqın mürəkkəb, təlatümlü, eyni zamanda, şərəfli və qürurlu tarixinin tərkib hissəsidir. Ona görə də daxili işlər orqanlarının fəaliyyətinə yalnız Konstitusiya normaları və qanunlarla üzərinə düşən vəzifələrin icrasına görə qiymətləndirməklə yox, həm də müxtəlif zamanlarda ölkədə gedən ictimai-siyasi prosesləri, dövlət sistemi dəyişikliklərini, müasir dövrdə isə Qarabağ müharibəsi kimi ağrılı bir amili nəzərə almaqla doğru qiymət vermək olar. Bu qeydlər 102 yaşlı Azərbaycan polisinin fəaliyyətinə məhz həmin baxış bucağından bir yanaşmadır.

Bu fikirlər tanınmış jurnalist Səyyad Ağbabalının 2 iyul - Azərbaycan Polisi Gününə həsr etdiyi “Azərbaycan Polisi: Anda sədaqət nümunəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tarixi məxəzlər təsdiq edir ki, Azərbaycanda ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. Bu dövr 1918-ci ilin aprelində sona çatıb. Azərbaycan xalqının qatı düşməni, daşnak Şaumyanın rəhbərliyi ilə qurulan bolşevik Xalq Komissarları Soveti yanında Daxili İşlər Komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Çaparidze onun rəisi olub.

1918-ci il iyulun 2-də ölkənin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri Fətəli xan Xoyski həm də Daxili İşlər naziri vəzifəsini icra edib. Cümhuriyyət dövründə bu vəzifənin icrası daha beş nəfərə həvalə olunub.

Sovet Azərbaycanı dönəmində bu vəzifəyə 15, Azərbaycanın müstəqilliyinin bərpasından sonra isə 7 nəfər təyin edilib.

Azərbaycan daxili işlər orqanlarının taleyinin ən təlatümlü dövrlərindən biri 1920-1940-cı illərdir. Bu illər ərzində milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub. 1937-1939-cu illərdə isə onun yalnız rəhbər heyətindən 320 nəfər repressiyalara məruz qalıb.

Böyük Vətən müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanıb və yarısından çoxu geri qayıtmayıb. Beş nəfər milis əməkdaşı isə müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi dönüb.

1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçilən ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində, o cümlədən də Daxili İşlər Nazirliyində dərin islahatlar həyata keçirməyə və dəyişikliklər etməyə başlayıb. Bu xüsusda Ümummilli Lider özü belə deyirdi: “O vaxt Daxili İşlər Nazirliyi və onun rəhbərliyi əhali arasında hörmətini itirmişdi, alınan şikayətlər həddindən çox idi və mən Daxili İşlər Nazirliyinin rəhbərliyində ciddi dəyişikliklər etmək zəruriyyətində idim”.

Ulu Öndərin hakimiyyətə gəlişindən sonra respublikanın ictimai-siyasi və mədəni həyatında kök salmış neqativ hallara, cinayətkarlığa qarşı kəskin mübarizə başladı. Bütövlükdə hüquq-mühafizə orqanlarında çalışan kadrların seçilib yerləşdirilməsi, onların milli ruhda, vətənə, xalqa sədaqət ruhunda tərbiyə edilməsi işi xüsusi nəzarətə götürüldü. Görülən işlər müsbət nəticələrini verdi. Dövlətin mühüm strukturlarından biri kimi Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan polisi vaxtılə onun fəaliyyətinə vurulmuş ləkələrdən tamamilə təmizləndi.

1988-ci ilin fevralından başlayaraq Ermənistan SSRİ-nin prezidenti Mixail Qorbaçovun birbaşa dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiası etməyə və açıq təcavüzə başladı. Torpaqlarımızın müdafiəsinə, vətəndaşların təhlükəsizliyinin qorunmasının, erməni-daşnak separatçı qüvvələrə qarşı mübarizənin önündə məhz Azərbaycan polisi dururdu. Birinci Qarabağ müharibəsində 500-dən çox polis əməkdaşı şəhid olub, sıravi və zabit heyətindən isə 1710-dan çox adam yaralanıb. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu statistik rəqəmlərin arxasında Azərbaycan polisinin qəhrəmanlığı, şücaəti, ölüm təhlükəsi ilə üzləşən insanların köməyinə, həyatını düşünmədən riskə atan vətən oğullarının qeyrəti durur.

1988-1993-cü illərdə ölkədə yaranan ağır hərbi siyasi böhran, hərc-mərclik, hakimiyyətin tamamilə deqradasiyaya uğraması, qanunsuz silahlı birləşmələrin meydan sulaması, polisin siyasi mübarizəyə cəlb edilməsi və digər mənfi hallar Azərbaycan daxili işlər orqanlarını tamamilə fəlakətli bir vəziyyətə saldı. Təkcə bir faktı qeyd edək, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə respublikada rekord sayda - 22 min 440 cinayət hadisəsi törədilib. Həmin müddətdə cəmi 382 nəfərlə bağlı 249 cinayət işi məhkəmələrə göndərilib. Azərbaycanın müstəqil bir dövlət kimi varlığının bütövlükdə sual altına düşdüyü belə bir vəziyyətdə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Əbədiyaşar liderin hakimiyyətə qayıtdığı gün - 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi həkk edildi. Hüquq-mühafizə orqanları ilə iş sahəsində də yenilməz biliyə və xüsusi təşkilatçılıq qabiliyyətinə malik olan Ümummilli Liderin rəhbərliyi ilə bütövlükdə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması üçün olduqca təsirli tədbirlər görüldü, ciddi islahatlar aparıldı, məhv edilmiş peşəkar özəyin bərpası üçün ən təsirli addımlar atıldı. Nəticədə 1993-2003-cü illərdə ölkəmizdə cinayətlərin sayı bütövlükdə 33 faiz azaldı. Həmin dövrdə 34 mindən çox cinayətkarı birləşdirən on minə yaxın cinayətkar qrup zərərsizləşdirildi. Son 15 ildə isə törədilən cinayətlərin təxminən 88 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizi ağır cinayətlərdir. Bütün bunlar ona görə mümkün olub ki, Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyinin və onun strukturlarının fəaliyyətini daim diqqətdə saxlayır, daxili işlər orqanlarının fəaliyyətinin yenilənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirir. Məhz bu diqqət və qayğının sayəsində indi Azərbaycan polisi beynəlxalq nüfuza malik, təcrübəsi öyrənilən, fəaliyyətindən nümunələr götürülən güc strukturu və anda sədaqət nümunəsidir. İndi Azərbaycan “polisə etibarlılıq indikatoru” üzrə 150 dövlət arasında 54-cü sırada yer alır. Daxili işlər orqanlarında aparılan institusional islahatlar daha da dərinləşdirilir, asayişin təmin edilməsində yeni meyarlar müəyyənləşdirilib. Bunlar hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğudur. Azərbaycan polisinin fəaliyyətinə yeni istiqamət verilməklə onun dünyagörüşündə müstəqilliyə qədər mövcud olan təsəvvürlər dəyişdirilir, yeni milli ideoloji məzmunla zənginləşdirilir.

İndi dünya nəinki 20-30 il əvvəlki, heç bir il öncəki də deyil. Koronavirus pandemiyası dünyanı ağuşuna aldığından yeni çağırışlar meydana çıxır. Bir sıra dövlət orqanları, o cümlədən də Daxili İşlər Nazirliyi və onun strukturları tamamilə yeni vəzifələri icra etməli olur. Müşahidələr göstərir ki, xüsusi karantin rejimi dövründə Daxili İşlər Nazirliyi və onun strukturları bu yeni vəzifələrin icrasına çox qısa vaxtda lazımınca uyğunlaşa bilib. İndi polis əməkdaşları demək olar ki, hər yerdədir. Bəzən onlar təcili yardım funksiyalarını icra edir, yaşlı insanlara yemək-içmək çatdırır, qaydalara uymayanları israrla, həm də səmimi formada başa salmağa çalışır, 24 saat gərgin rejimdə xidmət aparırlar. Bəli, Azərbaycan polisi milli dəyərlərə hörmətlə yanaşır.

Biz öz polisimizlə fəxr edir, qürur duyuruq. Daxili işlər orqanları və onun əməkdaşları, həmçinin nazirliyin rəhbərliyi də Azərbaycan polisi ilə qürur duyur. Polisin fəaliyyətini yüksək qiymətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.

102 yaşın mübarək, Azərbaycan Polisi!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO