Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə" ilə oyunda xal itkisi ilə üzləşib
Bakı, 10 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 10-da Azərbaycan Premyer Liqasının 11-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında çempionatın lideri "Neftçi" doğma meydanda autsayder "Zirə"ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. "Flaqman"ın heyətində Baqali Dabo və Mirabdulla Abbasov, digər komanda da isə Tellur Mütəllimov və Vüsal İsgəndərli fərqləniblər.
Xatırladaq ki, tura "Sabah" - "Səbail" oyunu ilə start verilib. Görüş "Səbail"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Tura noyabrın 11-də “Qəbələ” - “Qarabağ” və “Sumqayıt” - “Keşlə” oyunları ilə yekun vurulacaq.