Azərbaycan Premyer Liqası: “Neftçi” komandası “Sabah” üzərində inamlı qələbə qazanıb
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun ikinci görüşündə "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da keçirilən oyunda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib. "Neftçi"nin heyətində Saman Nərimancahan (6), Anton Krivaotsyuk (49), Baqali Dabo (62) və Mirabdullah Abbasov (90+1) fərqləniblər.
Günün birinci oyununda “Qəbələ” klubu “Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib.
Turun digər oyunları martın 8-də keçiriləcək. Baş hakim funksiyasını İnqilab Məmmədovun yerinə yetirəcəyi “Səbail”-“Zirə” matçı saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.
Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanır.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]