Azərbaycan Premyer Liqası: “Qarabağ” turun son oyununda “Araz-Naxçıvan”a qalib gəlib
Bakı, 23 yanvar, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 6-cı dəqiqədə avtoqol müəllifi olan Numan Kurdiç açıb. Abdulla Zubir 21-ci və 61-ci dəqiqələrdə fərqlənərək dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 71-ci dəqiqədə qonaqların heyətində Kadiri Mohamməd müəyyənləşdirib.
Turun əvvəlki oyunlarında “Sabah” “Neftçi” ilə, “Səbail” “Zirə” ilə qolsuz heç-heçə edib. “Kəpəz” “Turan Tovuz”a 2:1, "Sumqayıt" isə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Qarabağ" başçılıq edir. "Zirə" 30 xalla 2-ci, eyni xala malik "Sumqayıt" isə 3-cüdür. 29 xalı olan "Neftçi" dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]