Azərbaycan Premyer Liqası: “Zirə” öz meydanında “Sumqayıt”ı məğlub edib
Bakı, 1 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna “Zirə” - “Sumqayıt” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə “qartallar”ın belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.
Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Zirə” 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 7 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, oktyabrın 2-də turun digər iki oyunu keçiriləcək. “Keşlə” klubu “Sabah”la, “Səbail” komandası “Neftçi” ilə qarşılaşacaq. Tura oktyabrın 3-dəki “Qarabağ” - “Qəbələ” matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]