Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Səbail”i məğlub edib
Bakı, 8 mart, AZƏRTAC
Martın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “ASCO Arena”da “Səbail” klubu “Zirə” komandasını qəbul edib.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı erkən qolla “Zirə” klubu açıb. Oyunun 12-ci dəqiqəsində Davit Volkov fərqlənib - 0:1. Qarşılaşmanın 34-cü dəqiqəsində meydan sahibləri Rauf Əliyevin qolu ilə hesaba tarazlıq gətirib - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra matçın 59-cü dəqiqəsində Ağabala Ramazanov zirəliləri yenidən hesabda önə çıxarıb - 1:2. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Şafik Tiqrudja qoyub.
Bu qələbədən sonra xal ehtiyatını 23-ə çatdıran “Zirə” turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Səbail” isə 20 xalla yeddinci yerdə qərarlaşıb.
Tura saat “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ilk oyun günündə “Qəbələ” öz meydanında “Sumqayıt”ı (5:0), “Neftçi” isə “Sabah”ı böyük hesabla (4:0) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]