Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XI turunda 5 qol vurulub.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “Neftçi” - “Zirə” qarşılaşması qolsuz bitsə də, “Sumqayıt” - “Qəbələ” matçı 0:1, “Səbail” - “Qarabağ” və “Keşlə” - “Sabah” görüşləri 1:1 hesabı ilə nəticələnib. Turun orta məhsuldarlığı 1,25-ə bərabər olub. Bu, cari mövsümün ən aşağı məhsuldarlığıdır. Sonuncu dəfə belə göstərici 2017-2018-ci il mövsümündə qeydə alınıb. 2018-ci il fevralın 10-11-də keçirilən XV turda da indiki kimi 4 matçda 5 qol vurulub və orta göstərici 1,25-ə bərabər olub.
Qeyd edək ki, daha aşağı məhsuldarlıq 2016-2017-ci il mövsümündə rəsmiləşib. 2017-ci il martın 13-14-də keçirilən XXII turun 4 matçında cəmi 4 qol vurulub. Həmin vaxt orta göstərici 1,00-ə bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]