Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” - “Qarabağ” oyununu 10 min tamaşaçı izləyib. Bu, mövsümün yeni rekordudur.
AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşədək rekord üçüncü turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.
Qolsuz heç-heçə ilə başa çatan “Sabah” - “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/2018-ci il mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” - “Qarabağ” oyununda 13 min 300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.
Ümumilikdə turun görüşlərini 15 min 500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14 min 800 tamaşaçının izlədiyi III tura məxsus idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]