Azərbaycan Premyer Liqasında “Sumqayıt” klubu “Keşlə”ni məğlub edib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda ikinci oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Keşlə” ilə qarşılaşıb. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda meydan sahiblərinin heyətində qolları 30-cu dəqiqə Denis Silva (öz qapısına), 52-ci dəqiqədə Amil Yunanov və 71-ci dəqiqədə Adrian Skarlatake (avtoqol) vurublar. “Keşlə”nin heyətində isə 44-cü dəqiqədə Nizami Hacıyev fərqlənib.
Beləliklə, görüş “Sumqayıt”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Sumqayıt” xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Keşlə” isə səkkiz xalla yeddincidir.
Xatırladaq ki, turnirin ilk oyununda “Qəbələ” komandası “Səbail”i 3:1 hesabı ilə məğlub edib.
Noyabrın 5-də Ağdamın “Qarabağ” komandası Gəncənin “Kəpəz” klubunun qonağı olacaq. Həmin gün “Zirə” və “Neftçi” klubları da qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]