Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib
Bakı, 20 fevral, AZƏRTAC
Peşəkar Futbol Liqası (PFL) 2017-2018-ci il mövsümünün təqvimində müəyyən dəyişiklik edib.
AZƏRTAC PFL-in saytına istinadən xəbər verir ki, milli komandamızın mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının və ölkə kuboku yarışlarının təqvimində dəyişikliklər olunub.
Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz”-“Qəbələ” və “Keşlə”-“Neftçi” matçları martın 9-da, “Səbail”-“Sumqayıt” və “Qarabağ”-“Zirə” matçları isə martın 10-da keçiriləcək. XX turunun “Keşlə”-“Qəbələ” matçı martın 13-də, turun digər üç oyunu isə 14-də başlayacaq. XXIII turda aprelin 14-də keçirilməsi nəzərdə tutulan “Zirə”-“Neftçi” oyunu ertəsi günə təxirə salınıb.
Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunları aprelin 12-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]