Azərbaycan Premyer Liqasının XI turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 6 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 6-da Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, noyabrın 10-da “Əlincə Arena”da “Sabah”-“Səbail” qarşılaşmasını hakim Rəşad Əhmədov idarə edəcək. Həmin gün “Bakcell Arena”da keçiriləcək “Neftçi”-“Zirə” görüşünün əsas hakimi İnqilab Məmmədov olacaq.
Noyabrın 11-də “Bayıl Arena” stadionunda “Sumqayıt”-“Keşlə” matçına əsas referi Əliyar Ağayev təyin olunub.
Turun sonuncu və mərkəzi qarşılaşması Qəbələ şəhər stadionunda keçiriləcək. İki əzəli rəqib “Qəbələ” və “Qarabağ” üz-üzə gələcəklər. Oyununda baş hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah”-“Səbail”, “Qəbələ”-“Qarabağ” oyunları saat 17:30-da, “Neftçi”-“Zirə” və “Sumqayıt”-“Keşlə” qarşılaşmaları isə 19:30-da başlayacaq.
Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Premyer Liqanın 10-cu turundan sonra turnir cədvəlinə 25 xalla “Neftçi” klubu başçılıq edir. Son çempion “Qarabağ” 20 xalla ikinci, “Səbail” isə 17 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (16), “Qəbələ” (12), “Sumqayıt” (11), “Keşlə” (6) və “Zirə” (6) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]