Azərbaycan Prezidenti Daxili Qoşunların hərbi qulluqçularının bir qrupunu təltif edib
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 2 nəfər “Vətən uğrunda”, 16 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.