AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN XARİCİ ƏLAQƏLƏR ŞURASININ ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərini qəbul etmişdir.
Dövlətimizin başçısı ABŞ nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq, ölkəmiz haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaq və ikitərəfli əməkdaşlığımıza töhfə vermək baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə dövlətimizin başçısı Azərbaycanın iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, regionda gedən proseslər və digər məsələlərlə bağlı qonaqları maraqlandıran suallara cavab verdi.
######
