AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQI ÜÇLÜYÜNÜN (TROYKA) NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Prezident sarayında Avropa İttifaqı Üçlüyünün (Troyka) nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkəmizin Avropanın yeni qonşuluq siyasətində iştirakı, qarşıdan gələn parlament seçkiləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.