AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Rumıniyanın xarici işlər naziri Coanna, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Baş nazirinin müşaviri Əhməd Davudoğlu konfransda çıxış etmişlər.
Dövlətimizin başçısı ölkəmizdə aparılan islahatlar, əldə olunan nəticələr, neft strategiyasının uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun sülh yolu ilə həlli istiqamətində görülən işlər, Ermənistanın təcavüzkar siyasətinin bölgədə əməkdaşlığın inkişafına mənfi təsiri, Azərbaycanın Avropaya inteqrasiyası sahəsində atılan addımlar barədə ətraflı danışdı. Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarına cavab verdi.
X X X
İyunun 26-da Prezident İlham Əliyev öz iqamətgahında Almaniya parlamentinin Müdafiə məsələləri komissiyasının sədri Volfqanq Rühe ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Almaniya əlaqələrinin inkşafı barədə fikir mübadiləsi edildi, ölkələrimiz arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolu olduğu bildirildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran bəzi məsələlərə də toxunuldu.
X X X
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın ən nüfuzlu nəşrlərindən olan “Uoll-strit cornel” qəzetinin müxbiri Vladimir Sokora ətraflı müşahibə verdi.
X X X
İyunun 26-da axşam “Çırağan” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı oldu.