AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BRATİSLAVAYA GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Slovakiyanin paytaxtı Bratislavaya gəlmişdir. Azərbaycanın və Slovakiyanın dövlət bayraqları ilə bəzədilmiş Ştefanik hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin pilləkəni yanında Slovakiya xarici işlər nazirinin müavini və Dövlət protokolu idarəsinin rəisi Yan Kovaç və ölkənin digər yüksək vəzifəli rəsmi şəxsləri səmimiyyətlə və ehtiramla qarşıladılar. Milli geyimli qızlar respublikamızın rəhbərinə və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim etdilər.Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Bratislavada onun üçün ayrılmış iqamətgaha yola düşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]