AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB NOĞAİDELİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilmişdir.