AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOLDOVANIN “KANAL 4” TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Prezident sarayında Moldovanın “Kanal 4” televiziyasına müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Moldova ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, ölkəmizin Avropaya inteqrasiyası və digər məsələlərlə bağlı suallara cavab vermişdir.