RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etmişdir VİDEO
Roma, 14 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, İtaliya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Romadakı “Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət etmişdir.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.