AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YORK HERSOQU ENDRYUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Böyük Britaniyanın “British Midlənd” aviaşirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə əlaqədar ölkəmizə gəlmiş York hersoqu Endryunu qəbul etmişdir.
Görüş zamanı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunmuş, “British Midlənd” aviaşirkətinin Azərbaycanda fəaliyyətə başlamasının bu əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik vurğulanmışdır.
X X X
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından York hersoqu Endryunun şərəfinə nahar verilmişdir.