Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, əziz dostlar!

Prezident Vladimir Nikolayeviç Voronin başda olmaqla, Moldova nümayəndə heyətini bir daha salamlamaq və “Azərbaycana xoş gəlmisiniz!” demək istəyirəm.

Biz bu səfərə çox böyük əhəmiyyət veririk və əminik ki, o, ölkələrimiz və xalqlarımız arasında çox dərin kökləri olan mehriban dostluq əlaqələrinin inkişafı və möhkəmlənməsi işinin davamlı təməlini qoyacaqdır. Fərəhli haldır ki, bu əlaqələr itirilməmişdir, mövcuddur, möhkəmlənir və ümidvaram ki, gələcəkdə də möhkəmlənəcəkdir. O cümlədən bu gün imzalanmış sazişlər də qarşılıqlı surətdə faydalı əməkdaşlığı daha tam həcmdə həyata keçirməyimizə imkan verəcəkdir.

Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Moldova və Azərbaycan beynəlxalq aləmdə də, beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyirlər. Biz GUÖAM təşkilatı, digər beynəlxalq qurumlar çərçivəsində çox fəal əməkdaşlıq edirik, ölkələrimizi və xalqlarımızı düşündürən məsələlərdə bir-birimizi həmişə dəstəkləyirik.

Əlbəttə, bizi ölkələrimizdəki mövcud ümumi problemlər də yaxınlaşdırır. Təəssüf ki, ölkələrimiz təcavüzkar separatizm halları ilə, ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə qarşılaşmışlar. Əlbəttə, biz bu proseslərin necə böyük təhlükə olduğunu başa düşürük. Azərbaycan Ermənistanın təcavüzündən, ərazilərimizi işğal etməsindən çox böyük ziyan çəkmişdir.

Ərazilərimizin 20 faizindən çoxu işğal altındadır, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Biz, əlbəttə, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etməyə səy göstəririk. Biz diqqətin bu məsələyə cəlb edilməsi, beynəlxalq hüququn zəfər çalması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlara son qoyulması üçün beynəlxalq birliyin daha çox səy göstərməsinə çalışırıq.

Biz bilirik ki, keçmiş SSRİ məkanında - Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə, Dağlıq Qarabağda – bir neçə bu cür münaqişə ocağı vardır. Əlbəttə, beynəlxalq təşkilatlar bütün bu münaqişələrə eyni prizmadan yanaşmalıdırlar, həmin münaqişələrə, onların nizama salınması yollarına yanaşmalarında heç bir fərq qoyulmamalıdır.

Ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün də yaxşı potensial mövcuddur. Hələlik bu sahədə öyünməyə elə bir əsas yoxdur. Lakin mən əminəm ki, aparılan danışıqlar, imzalanmış sazişlər, habelə fəal işləyəcəyinə ümid etdiyim hökumətlərarası komissiya ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması üçün yaxşı baza yaradacaqdır. Biz Vladimir Nikolayeviçlə həm təkbətək görüşdə, həm də geniş heyətdə görüşdə fikir mübadiləsi apardıq və belə bir qənaətə gəldik ki, Moldova da, Azərbaycan da iqtisadi cəhətdən çox sürətlə inkişaf edirlər. İqtisadi potensiallarımız möhkəmlənir, sosial və iqtisadi inkişaf xarakterli bir çox məsələlər həll olunur. Potensiallarımızın möhkəmləndiyi şəraitdə, əlbəttə, iqtisadiyyatda əməkdaşlıq üçün yeni perspektivlər açılır. Ümidvaram ki, biz buna nail olacağıq və ölkələrimiz arasında əmtəə dövriyyəsi artacaqdır.

Biz xarici siyasət, Avropada inteqrasiya proseslərinin müzakirəsi ilə əlaqədar keçirdiyimiz məsləhətləşmələrə də çox böyük əhəmiyyət veririk. Həm Moldova, həm də Azərbaycan beynəlxalq qurumlara inteqrasiya prosesini həyata keçirirlər. Biz Moldovaya görə çox şadıq ki, o, keçmiş SSRİ respublikaları və MDB dövlətləri arasında Avropa Birliyinə inteqrasiya yolunda ön sıradadır.

Bu, çox böyük nailiyyətdir və Moldova rəhbərliyinin, onun Prezidentinin müdrik siyasətinin nəticəsidir. Bu, bizi çox sevindirir və bildiyiniz kimi, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün öz tərəfimizdən çox mühüm səylər göstəririk.

Bizim aramızda çox açıq, dostcasına fikir mübadiləsi oldu, bir çox məsələləri müzakirə etdik. Mən həmçinin qeyd etməyə çox şadam ki, Vladimir Nikolayeviçin dediyi kimi, bu, onun Qafqaz regionuna ilk səfəridir və mənə çox xoşdur ki, bu ilk səfər bizim ölkəmizə edilmişdir.

Moldova Prezidentinin buraya belə mötəbər nümayəndə heyəti ilə gəlməsindən böyük sevinc hissi keçirdiyimi bir daha ifadə etmək istəyirəm. Vladimir Nikolayeviçin dəvətimi qəbul edib buraya gəldiyinə görə məmnunluğumu və təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu səfər gələcəkdə ölkələrimizin inkişafında çox mühüm mərhələ olacaqdır.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Daşkənddə illik 46 milyon sərnişinə xidmət göstərəcək yeni hava limanı tikilir

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir