AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇEXİYA RESPUBLİKASINA İŞGÜZAR SƏFƏRİ
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasına işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.