Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Baş nazir!

Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən Azərbaycan səfirliyini Qahirənin ən gözəl yerlərindən birində yerləşən yeni binasının açılışı ilə əlaqədar təbrik etmək istəyirəm. Səfirliyimiz Misirdə illərdən bəri fəaliyyət göstəribdir. Müstəqilliyimizi əldə etdikdən sonra Misir Azərbaycanın öz səfirliyini açmaq üçün seçdiyi ilk ölkələrdən biri olmuşdur. Bu, ikitərəfli münasibətlərimizə verdiyimiz əhəmiyyəti nümayiş etdirir. Müstəqillik qazandığımız vaxtdan etibarən əlaqələrimiz çox uğurla inkişaf etmişdir.
Lakin uzun illər ərzində səfirlik şəhərin müxtəlif yerlərində binaları icarəyə götürməli olurdu. Bu gün isə gözəl bir yerdə və möhtəşəm binada biz səfirliyimizin təzə iş yerinin açılışını qeyd edirik. Əminəm ki, səfirliyin işçiləri, diplomatlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün əllərindən gələni edəcəklər.
Əlaqələrimizin uzun tarixi var. Xalqlarımız əsrlər boyu əməkdaşlıq etmişlər. Lakin yalnız müstəqillikdən sonra Azərbaycan beynəlxalq birliyin üzvünə çevrildi və biz aramızda ikitərəfli münasibətlər qurmağa başladıq.
Bu günə qədər bizim çox yaxşı nailiyyətlərimiz, çox möhkəm siyasi dialoqumuz, güclü iqtisadi inkişaf üçün yaxşı perspektivlərimiz və humanitar sahədə əməkdaşlıq imkanlarımız olubdur.
Mənim indiki səfərim Azərbaycan Respublikası Prezidentinin Misirə ilk rəsmi səfəridir. Bu gün səhər Misir Prezidenti ilə keçirdiyim görüş və apardığım müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional işlərdə mövqelərin yaxın olduğunu bir daha sübuta yetirdi. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox uğurla əməkdaşlıq edirik. Əminəm ki, bu səfər münasibətlərimizin inkişafında yeni səhifə açacaqdır.
Eyni zamanda, Sizə məlumat vermək istəyirəm ki, mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu fürsətdən istifadə edərək, cənab Baş naziri də ölkəmizə dəvət edirəm ki, ikitərəfli dialoqumuzu davam etdirək.
Cənab Baş nazir iqtisadi əlaqələrimizin genişləndirilməsinin vacibliyi haqqında danışdı. Hesab edirəm ki, hazırda bunu etmək üçün çox yaxşı imkanlar və potensial var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Artıq üçüncü ildir ki, ölkəmiz nəinki regionda, o cümlədən bütün dünyada ümumi daxili məhsulun artımına görə birinci yeri tutur. Bu göstərici 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz olmuşdur. 2007-ci ilin birinci rübündə isə, ümumi daxili məhsulun artımı 40 faizdir. Bu, bizim imkanlarımızı artırır.
Ölkəmiz böyük həcmdə karbohidrogenlər ixrac edən ölkəyə çevrilir. Biz iqtisadi əməkdaşlığımızı genişləndirmək arzusundayıq. Misir şirkətlərini ölkəmizdə sərmayədarlar, xidmət şirkətləri kimi alqışlayacağıq. İşgüzar dairələrimizə məsləhət verəcəyik ki, sizin ölkə ilə iqtisadi əməkdaşlıqda daha fəal olsunlar, çünki potensial böyükdür. Biznesi birgə aparmaq üçün qarşılıqlı arzu çox möhkəm siyasi əlaqələrə, ümumi tariximizə, birgə dəyərlərimizə və ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinə əsaslanır.
Əminəm ki, əgər biz iqtisadi əməkdaşlığımızın praktik elementlərinə diqqət yetirsək, çox yaxın zamanlarda bunun nəticələrini görəcəyik. Sabah cənab Baş nazirlə görüşümüz olacaq və biz iqtisadi əməkdaşlığımızın praktik elementlərini müzakirə edəcəyik. Eyni zamanda, əməkdaşlığımızın, demək olar ki, bütün aspektlərini əhatə edəcək çox mühüm sənədlər imzalanacaqdır. Bu, gələcək əməkdaşlığın hüquqi çərçivəsi olacaq və əminəm ki, həmin addımlar yaxın gələcəkdə çox praktik nəticələrini verəcəkdir.
Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək, səfərimizin ilk dəqiqələrindən duyduğumuz qonaqpərvərliyə görə ölkə rəhbərliyinə və bütün Misir xalqına minnətdarlığımı bildirmək istəyirəm. Biz ümid edirik ki, Sizi Azərbaycanda qəbul edəcək və Sizə öz qonaqpərvərliyimizi nümayiş etdirəcəyik və tərəfdaşlığımızı, dostluğumuzu davam etdirəcəyik.
Mən xüsusilə səfirliyin işçilərini bu cür gözəl binada işləmək imkanını əldə etdiklərinə görə təbrik etmək istəyirəm. Bu cür əla şərait yaradılırsa, onlar gərək daha da ürəkdən çalışsınlar və üzərlərinə düşən bütün işləri görsünlər.
Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub