Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab baş katib!
Hörmətli səfirlər!
İlk növbədə, mən Qahirəyə səfərə dəvətə görə minnətdarlığımı bildirmək istəyirəm. Mənim Misirə rəsmi səfərimin ikinci günüdür. Çox şadam ki, sizinlə ikitərəfli münasibətlərə və regional vəziyyətə, eləcə də ümumiyyətlə, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparmaq imkanı yaradıldı.
Azərbaycan yeni müstəqil ölkədir. Biz öz milli müstəqilliyimizi yalnız 15 il bundan əvvəl bərpa etmişik və beynəlxalq birliyə müstəqil ölkə kimi qoşulmuşuq. Həmin çox qısa müddət ərzində biz siyasi, iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edə bilmişik. Hazırda Azərbaycanı sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. Biz iqtisadi baxımdan olduqca mühüm enerji layihələrini həyata keçiririk. İqtisadi artım baxımından ölkəmiz artıq üçüncü növbəti ildir ki, dünyada birinci yeri tutur.
Azərbaycanda siyasi sabitliyin qorunması ölkəmizin inkişafı üçün çox vacibdir. Xüsusən də nəzərə alsaq ki, biz müstəqilliyimizin ilk illərində, yəni 1991-1993-cü illərdə ölkə daxilində böyük çətinliklərlə üzləşmişdik. Vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü bir çox maneələr yaratmışdır. Lakin bu gün biz çox sabit və rahat vəziyyətdə inkişaf edirik.
Siyasi sabitlik bizim uğurlu inkişafımız üçün ilkin şərtlərdən biridir.
Müstəqilliyi əldə etdikdən dərhal sonra biz müsəlman dünyası ilə çox möhkəm əlaqələr qurduq. Biz İslam Konfransı Təşkilatının çox fəal üzvüyük. Ötən il biz Azərbaycanda həmin təşkilatın nazirlər səviyyəsində iki konfransını - xarici işlər nazirləri və turizm nazirlərinin toplantılarını keçirdik. Biz həmin təşkilat çərçivəsində bir çox layihələr irəli sürmüşük, misal üçün, İslam Konfransı Təşkilatının Gənclər Forumunun yaradılması, - və bundan sonra, gələcəkdə də daha fəal olmağı planlaşdırırıq.
Əsrlər boyu müstəqillikdən məhrum olmuş ölkəmizin indi öz milli köklərinə qayıtması, tam müstəqil ölkə kimi yaşaması bizim üçün ən böyük sərvətdir. Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrlə bizim mədəniyyətimizdə, ənənələrimizdə çox oxşarlığımız var, dinimiz eynidir. Bu, bizim əməkdaşlığımız üçün çox möhkəm əsasdır. Biz ərəb ölkələri ilə münasibətlərimizi genişləndirmək istəyirik. Çox qısa müddət ərzində biz təşkilata üzv olan ölkələrdə 7 səfirliyimizi açmışıq və gələcəkdə onların sayının artırılmasını planlaşdırırıq. Bu, bizim üzv ölkələrlə ikitərəfli münasibətlərə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.
Eyni zamanda, beynəlxalq təşkilatlarda, BMT-də bizə aid olan məsələlərin müzakirəsində bir-birimizi dəstəkləyirik. Misal üçün, Dağlıq Qarabağ münaqişəsi məsələsində biz hər zaman bu dəstəyi duymuşuq və digər məsələlərdə də qarşılıqlı dəstək olubdur. Bu, bizim əməkdaşlığımızın bariz nümunəsidir.
On ildən çoxdur ki, bizim üzləşdiyimiz əsas problem Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsidir. Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən yeddi rayonu da 10 ildən çoxdur ki, işğal altındadır. Dağlıq Qarabağın özü işğal altındadır. Dağlıq Qarabağda yaşamış 40 min azərbaycanlı oradan qovulmuşdur. Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yaşamış 700 min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistanın özündən 250 min azərbaycanlı qovulmuşdur. Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı, işğalçılıq siyasəti nəinki mülki əhali arasında minlərlə insan tələfatına səbəb olmuş, həm də infrastrukturun tam dağıdılması ilə nəticələnmişdir. Azərbaycanın 8 şəhəri, demək olar ki, tam məhv edilmişdir. Bütün məscidlər, qəbiristanlıqlar, tarixi abidələrimiz Ermənistan işğalçıları tərəfindən dağıdılmışdır.
Təbii ki, biz Ermənistan işğalçılarından torpaqlarımızdan dinc yolla çıxmağı tələb edirik. Çünki biz bu məsələni beynəlxalq hüquq normaları və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında dinc yolla həll etmək istəyirik. Həmin qətnamələr Ermənistan işğalçı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edir. Lakin eyni zamanda, biz görürük ki, əfsuslar olsun, sülh danışıqları hər hansı bir həll yolu ilə nəticələnmir.
Biz birmənalı olaraq problemin həllini həm də güclü olmağımızda görürük. Bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından, ən azı, yeddi dəfə böyükdür. Bizim iqtisadi inkişafımız sürətlidir. Nəhəng enerji layihələrini həyata keçiririk və onların nəticəsində güclü iqtisadi potensial yaranacaqdır. Biz müdafiə imkanlarımızın maliyyələşdirilməsini artırırıq. Bu gün Azərbaycanda təkcə hərbi məqsədlərə xərclər Ermənistanın bütün büdcəsinə bərabərdir. Ölkələrimiz arasında olan fərqlər get-gedə artır və bu amil problemin həllində bizə yardım edəcəkdir. Bir daha demək istəyirəm ki, bu, bizim bir nömrəli problemimizdir. Biz yüz minlərlə azərbaycanlının özlərinin qədim, doğma torpaqlarına qayıtması üçün çox çalışırıq.
Mən bir daha qeyd etmək istəyirəm ki, müsəlman ölkələrindəki qardaşlarımız bizi dəstəkləməkdə davam edirlər. Bizim üçün bu dəstək çox vacibdir. Mən sizinlə görüşmək üçün yaradılmış imkana görə sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Cənab baş katibə onun qonaqpərvərliyinə görə minnətdarlığımı bildirirəm. Bizim elə indicə çox maraqlı müzakirəmiz oldu və bütün məsələlərdə mövqelərimiz üst-üstə düşür.
Diqqətinizə görə çox sağ olun.
(Dövlətimizin başçısının çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
X X X
ƏMR MUSA: Cənab Prezident, çox sağ olun. Azərbaycan və Yaxın Şərqlə bağlı məzmunlu çıxışınıza, o cümlədən regionda sülhün və əmin-amanlığın bərqərar olunmasında Azərbaycanın mövqeyini bildirdiyinizə görə Sizə minnətdarıq. Sizin bu çıxışınız bizim üçün və region ölkələri üçün həddindən artıq maraqlı idi.
Cənab Prezidentə sualı və yaxud hər hansı bir şərhi olan varmı?
Cənab Prezident, Siz öz çıxışınızda ölkənizdə və ətraf regionda olan siyasi və təhlükəsizlik məsələləri ilə bağlı bizə müfəssəl məlumat verdiniz və mən bundan şərəf duyuram. Hamı bilir ki, Ərəb Dövlətləri Cəmiyyəti ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə sazişi imzalanmışdır və bu, bizim daha səmərəli əməkdaşlığımıza kömək edən mühüm bir sənəddir.
Zati-aliləri cənab Prezident, bizimlə görüşməyə vaxt tapdığınıza və öz mülahizələrinizi bölüşdürdüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildirməkdən şərəf hissi duyuruq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub