AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN BAŞ NAZİRİ FRANSUA FİYON İLƏ GÖRÜŞÜ
Praqa, 7 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, mayın 7-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Baş naziri Fransua Fiyon ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, regional və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.