AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
Prezident İlham Əliyev “Total” şirkətinin Azərbaycanda neft layihələrinin həyata keçirilməsində fəal iştirak etməsini xatırlatdı.
“Total”ın rəhbəri vurğuladı ki, şirkət bu sahədə fəallığını daha da genişləndirmək niyyətindədir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verildikdən sonra Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasında “Total” fəal iştirak edəcəkdir.
X X X
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “FR-3” telekanalının beynəlxalq proqramlar üzrə redaktoru Kristian Malara müsahibə verdi.
X X X
Yanvarın 22-də axşam “Debriyen” mehmanxanasında Fransanın müdafiə naziri xanım Mişel Alyo-Mari tərəfindən dövlətimizin başçısı İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edildi.
Rəsmi qəbulda Fransa parlamentinin üzvləri, ölkənin xarici işlər, müdafiə, iqtisadiyyat, maliyyə, sənaye nazirliklərinin nümayəndələri və iş adamları iştirak edirdilər.
X X X
Yanvarın 23-də dövlətimizin başçısı Fransanın Beynəlxalq Əlaqələr İnstitutunda çıxış edəcəkdir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev Yelisey sarayında Fransa Prezidenti Jak Şirakla görüşəcəkdir.