Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının -“Medef”in üzvləri ilə görüşdü. Dövlətimizin başçısını bu təşkilatın prezidenti Fransua Periqo, Fransanın xarici ticarət məsələləri üzrə dövlət naziri Fransua Loos və təşkilatın Regional komitəsinin rəhbəri Kristian Mons böyük hörmətlə qarşıladılar.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın nüfuzlu işgüzar dairələrinin nümayəndələri ilə görüşü oldu. Görüşdə “Medef”in prezidenti Fransua Periqo və xarici ticarət məsələləri üzrə dövlət naziri Fransua Loos çıxış edərək, Fransanın Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söylədilər.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın neft-qaz sənayesinə Fransa şirkətləri tərəfindən sərmayə qoyulduğunu nəzərə çarpdıran natiqlər bu əməkdaşlığın daha da genişləndirilməsini arzuladılar, “Medef”in nümayəndə heyətinin Bakıda görüşlər keçirdiyini, Azərbaycanda iqtisadi-siyasi prosesləri diqqətlə izlədiklərini, respublikamızın makroiqtisadi göstəricilərinin müsbət olduğunu vurğuladılar. Onlar dedilər ki, Azərbaycan Prezidentinin ilk səfərini Fransaya etməsi iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qalxmasına səbəb olacaq, Azərbaycanın Avropa və dünya iqtisadiyyatına inteqrasiyasında müsbət rol oynayacaqdır.

Bildirildi ki, Fransa şirkətləri tərəfindən Azərbaycana investisiya qoyulması üçün geniş perspektivlər vardır. Ölkələrimiz arasında ticarət dövriyyəsi də xeyli artmışdır. Fransa sərmayəçilərinin Azərbaycanda fəallığı artmışdır və bu, gələcəkdə daha da güclənəcəkdir. “Total” şirkətinin ölkəmizin neft sektorunda fəaliyyəti xüsusi vurğulandı və bu şirkətin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində öz payının olduğu xatırladıldı.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.

Dövlətimizin başçısı fransalı iş adamlarına səmimi arzularını çatdırdı, Prezident seçildikdən sonra İlk səfərini Fransaya etməsinin səbəblərini açıqladı və dedi ki, son on ildə Fransa ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr çox uğurla inkişaf edibdir. Fransa, Minsk qrupunun həmsədri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərir və biz bu fəaliyyətin daha da gücləndirilməsini istəyirik. Fransa dünyanın aparıcı ölkələrindən biridir və Azərbaycan bu ölkə ilə əməkdaşlığa və onun daha da inkişafına çox böyük əhəmiyyət verir.

Prezident İlham Əliyev ölkəmizin potensial imkanlarından ətraflı danışdı. Eyni zamanda xatırlatdı ki, Azərbaycan müstəqillik əldə etdiyi dövrdə iqtisadiyyatımız tamamilə tənəzzülə uğramışdı. Ümumi daxili məhsulun həcmi azalmışdı, iqtisadiyyatımız böhran keçirirdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə yaradılmış ictimai-siyasi sabitlik iqtisadi inkişafın təməlini qoydu. 1996-cı ildə tənəzzülün qarşısı tamamilə alındı və inkişaf başlandı. İndi Azərbaycan keçmiş sovet respublikaları arasında adambaşına düşən xarici sərmayələrin həcminə görə liderdir.

Azərbaycanda çox mühüm beynəlxalq iqtisadi layihələrin həyata keçirildiyini, sərmayə qoyuluşunun, əsasən, neft və qaz sektoruna yönəldiyini diqqətə çatdıran dövlətimizin başçısı dedi ki, xarici sərmayəçilər üçün ölkəmizdə münbit şərait yaradılmışdır və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun tərəfindən həyata keçirilməyə başlanmış neft strategiyası nəticəsində əfsanə hesab olunan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmişdir. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana sərmayə qoyuluşu xeyli artmışdır. İndi neft kəmərləri çəkilir və digər iri layihələr həyata keçirilir.

Azərbaycan Prezidenti ölkəmizdə fəaliyyət göstərən Fransa iş adamlarına təşəkkürünü bildirərək dedi ki, onlar bizim cəmiyyətdə böyük hörmət qazanmışlar. Biz iqtisadi nailiyyətləri yalnız ictimai-siyasi sabitlik və hökumətlə vətəndaşlar arasında olan inam nəticəsində əldə etmişik. Ölkəmizdə həyata keçirilən sosial proqramlar, əsasən, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Sərmayəçilər də qoyduqları vəsaitin təhlükəsizliyinə əmindirlər. Bunun üçün hökumət tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. O, Azərbaycanın qonaqpərvər xalq olduğunu, şəhər və rayonlarımızın abadlaşdığını və güclü iqtisadi potensialın mövcudluğunu vurğuladı. Prezident İlham Əliyev Fransanın iş adamlarını ölkəmizlə əməkdaşlığı genişləndirməyə çağırdı və bundan hər iki tərəfin böyük səmərə götürməsi üçün əlverişli imkanlar olduğunu bir daha vurğuladı.

Neft Fondunun fəaliyyətinə toxunan, sərmayələrin aqrar sektora yönəldilməsinin mümkünlüyünü diqqətə çatdıran dövlətimizin başçısı bildirdi ki, Fondun şəffaflığı Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Bu şəffaflıq digər sahələrdə də təmin olunacaqdır. İndiyədək Azərbaycana 15 milyard dollar sərmayə qoyulubdur və bunun üçün təminat vardır. Ermənistan-Azərbaycan münaqişəsi iqtisadi layihələrin daha geniş həyata keçirilməsinə, regionda sabitliyə zərər vurur. Lakin Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, indi Azərbaycan Ermənistandan daha müstəqil və daha çiçəklənən bir dövlətdir.

Azərbaycanda elektrik stansiyalarının tikilməsi layihələrində Fransa şirkətlərinin iştirakının mümkünlüyündən, hökumətin yeni iş yerləri açması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərdən ətraflı bəhs edən Prezident İlham Əliyev bildirdi ki, bütün bunlarla yanaşı, Azərbaycan demokratiyanın inkişafına da böyük diqqət yetirir. Çünki çox gözəl bilirik ki, bunsuz iqtisadi inkişaf mümkün deyildir. Biz insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün fəaliyyətimizi davam etdirəcəyik. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra Azərbaycanda iqtisadi vəziyyət daha da yaxşılaşacaqdır. Azərbaycanın nefti dünya bazarlarına, qazı isə Avropa bazarlarına nəql olunduqdan sonra ölkəmizin iqtisadi potensialı daha da güclənəcəkdir. Arzu edirəm ki, ölkələrimiz arasındakı əlaqələr daha da yüksəlsin və fransalı biznesmenlər Azərbaycana daha çox sərmayə qoysunlar.

Sonra Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti arasında “Gömrük hüquqpozmalarının qarşısının alınması ilə bağlı məsələlərdə qarşılıqlı inzibati yardım haqqında” saziş imzalandı. Sənədi Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev və Fransanın xarici ticarət məsələləri üzrə dövlət naziri Fransua Loos imzaladılar.

Prezident İlham Əliyev görüşdə iştirak edən iş adamlarını maraqlandıran suallara ətraflı cavab verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub