Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

FRANSANIN BEYNƏLXALQ ƏLAQƏLƏR İNSTİTUTUNDA GÖRÜŞ

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Fransa Respublikasının Prezidenti Jak Şirakın dəvəti ilə Parisdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Fransanın Beynəlxalq Əlaqələr İnstitutuna gəlmişdir. Dövlətimizin başçısı İlham Əliyevi İnstitutun direktor müavini cənab Dö Vilpen və digər şəxslər mehribanlıqla qarşıladılar.

Prezident İlham Əliyev bu mötəbər təhsil ocağı ilə tanış oldu, institutun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Görüşə Fransanın tanınmış siyasi və dövlət xadimləri, yüksək vəzifəli şəxslər, diplomatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular.

Cənab Dö Vilpen görüşü açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təqdim etdi, onun tərcümeyi-halı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, böyük təcrübəyə malik olan Prezident İlham Əliyev vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş və orada dərs demişdir.

O, xüsusi vurğuladı ki, son illər Azərbaycanda iqtisadi sahədə böyük uğurlar qazanılmışdır və ümumi daxili məhsulun 10 faiz artması çox müsbət göstəricidir. Hətta bu günlərdə Fransaya səfər edəcək Çin Xalq Respublikasının rəhbəri də bu məsələdə Azərbaycana həsəd apara bilər.

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV görüş iştirakçıları qarşısında nitq söylədi.

Dövlətimizin başçısı dedi ki, Prezident seçildikdən sonra ilk olaraq Fransaya səfər etməyim ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi mərhələ olacaqdır. Azərbaycan 1991-ci ildə müstəqillik qazandığı vaxt iqtisadi tənəzzül, böhran vəziyyəti yaranmışdı. O vaxt Azərbaycan Ermənistanla müharibə şəraitində olduğundan çox gərgin vəziyyət mövcud idi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə tənəzzülün qarşısı alındı, 1996-cı ildən başlayaraq iqtisadiyyatda dirçəliş başladı. İndi Azərbaycan adambaşına düşən xarici sərmayə qoyuluşuna görə MDB dövlətləri içərisində liderdir. Ölkədə xarici sərmayəçilər üçün hər cür şərait yaradılmışdır. Bu gün xarici şirkətlərin Azərbaycana qoyduğu sərmayələr etibarlı şəkildə qorunur.

Xəzərin neft ehtiyatlarının işlənilməsi sahəsində böyük uğurlar qazanıldığını vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində də böyük irəliləyişlər mövcuddur. Dilindən, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqları təmin edilmişdir.

Son 7 ildə Azərbaycanda ümumi daxili məhsulun həcminin müntəzəm artdığını, neft gəlirlərinin iqtisadiyyatımızın inkişafına təkan verdiyini bildirən Prezident İlham Əliyev, eyni zamanda vurğulad ki, Ermənistanın təcavüzü nəticəsində doğma evindən-eşiyindən didərgin salınmış 1 milyondan çox vətəndaşımızın yaşayış şəraiti çox ağırdır. Çox mürəkkəb çoğrafi-siyasi regionda və münaqişə zonasında yerləşən Azərbaycan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasını istəyir. İctimai-siyasi sabitliyin olması iqtisadi inkişaf üçün çox mühüm amildir.

Azərbaycanın qonşuları ilə yaxşı münasibətlər saxlamağı və həmişə regionun sülh bölgəsi olmasını arzu etdiyini, ölkəmizin Rusiya, Gürcüstan və digər dövlətlərlə çox yaxşı əlaqələrinin olduğunu söyləyən Prezident İlham Əliyev dedi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik digər ərazilərini işğal etməsi və bunun nəticəsində 1 milyondan çox qaçqının və məcburi köçkünün meydana gəlməsi Azərbaycanda və Cənubi Qafqazda gərginlik yaradır.

Azərbaycan Minsk qrupunun həmsədri olan Fransanın səylərinin artırılmasını istəyir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, beynəlxalq hüquq normalarına əməl olunmalıdır. Azərbaycanın mövqeyi ədalətlidir. Biz bütün ölkələrin ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və öz ərazi bütövlüyümüzün bərpa olunmasını tələb edirik. Minsk qrupunun həmsədrləri kimi Fransa, Rusiya və ABŞ Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərməli, beynəlxalq ictimaiyyət ədalətin bərpasına çalışmalı və ikili standartlara son qoyulmalıdır. Əminəm ki, Prezident Jak Şirak münaqişənin həlli istiqamətindəki səylərini bundan sonra da artıracaqdır.

Dövlətimizin başçısı bu sahədə danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyini, XIX əsrin əvvəllərində Qarabağa köçürülən ermənilərin azərbaycanlılar tərəfindən mehriban qarşılandığını, lakin sonradan onların torpaqlarımızı işğal və zəbt etmək fikrinə düşməsinin separatizmə gətirib çıxardığını söylədi. O dedi ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə ölkəmiz regionda daha güclü dövlətə çevrilir. Bu, mövcud problemin həllinə bizim inamımızı artırır.

Prezident İlham Əliyev Fransa iş adamlarını Azərbaycana daha çox sərmayə qoymağa çağırdı və bildirdi ki, ölkələrimiz arasında təkcə iqtisadi yox, həm də mədəni əlaqələr mövcuddur və bunu inkişaf etdirmək üçün tədbirlər görülməlidir. Bu sahədə geniş imkanlar vardır və qarşılıqlı səfərlərin, bir sıra mühüm tədbirlərin keçirilməsi vacibdir.

Respublikamızın rəhbəri vurğuladı ki, Avropa Şurasının üzvü kimi Azərbaycan Avropaya inteqrasiyaya böyük əhəmiyyət verir. Qarşıdakı 5 ildə Azərbaycan hökuməti sosial sahədə, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması baxımından bir sıra tədbirlər görəcəkdir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin heç bir alternativi yoxdur və o, davam etdiriləcəkdir. Dövlətimizin başçısı ümidvar olduğunu söylədi ki, Fransa-Azərbaycan əlaqələri daha da inkişaf edəcək, ölkəmizdə iş adamları üçün hər cür şərait yaradılacaqdır.

Sonra Prezident İlham Əliyev görüş iştirakçılarının çoxsaylı suallarına ətraflı cavab verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub